
Bir həftədə iki terrorçu məhv edilib
Süleymaninin “kölgə yoldaşı” və SEPAH generalı İsrailin hücumunda öldürülüb
Süleymaninin “kölgə yoldaşı” və SEPAH generalı İsrailin hücumunda öldürülüb
İsrailin İrana hücumlarında 38 uşaq, 102 qadın dünyasını dəyişib
İran rəsmilərinin telefon danışığı sızdı
“Xameneyini hədəf almağa və rejimi dəyişməyə çalışmırıq”
İranın nüvə müharibəsində siçan-pişik oyunu
Moskva və Tehran eyni vaxtda, tam koordinasiyalı şəkildə Azərbaycanın üzərinə gəlir
İsrail ordusu “HƏMAS”ın qurucusunu məhv edib
Kreml daxilindəki saray intriqaları və hakimiyyət uğrunda gedən mübarizədə ...
Hər müstəqil addım onun gözündə xəyanətdir
Kreml Azərbaycanda 90-cı ildə ölüb, 92-də dəfn olunub
Müsəlmanlar Rusiyada “sevimli” hədəfdir
Əgər Araqçı səfirinin ağzının üstündən vurmursa, ...
Netanyahu oğlundan İrana hücum etmək üçün istifadə edib
Real vəziyyəti isə az adam bilir
Həftələrdir ortaqlıqda görünməyən və harada olduğu bilinməyən rejim liderinin video müraciəti yayıldı
“Netanyahunun korrupsiya məhkəməsini ləğv edin”
“Jns.org” Amerikada yaşayan yəhudilərin beyin mərkəzi kimi tanınır. Belə bir media orqanında “Why Azerbaijan is important for Israel’s security?” (Azərbaycan İsrailin təhlükəsizliyi üçün niyə vacibdir?) adlı məqalə gedib. Məqalənin adı Azərbaycanın İsrail üçün önəmini qabarıq şəkildə ortaya qoyur. Yazını qələmə alan Dr. Mordeçai Kedar Azərbaycanın sadiq dostu kimi tanınır. O, dəfələrlə ölkəmizdə olub...
Sözügedən məqalədəki əsas məqamların üzərində gəzişmək istərdim...
Dr. Mordeçai Kedar yazır ki, Azərbaycan və İsrail arasındakı münasibətlər ümumi sərhədi, etnik mənşəyi və dini yaxınlığı olmayan, lakin qarşılıqlı hörmət və dostluq əsasında birgə fəaliyyət göstərən iki xalqın əməkdaşlığının simvoluna çevrilib. Bu ittifaq həm Azərbaycan, həm də İsrail üçün çox faydalı olub, unikaldır və onu qiymətləndirməmək olmaz.
Hər şey təxminən 30 il əvvəl İsrailin o vaxtkı baş naziri Yitzhak Rabin ilə Azərbaycanın o vaxtkı prezidenti Heydər Əliyevin Nyu-Yorkda keçirdiyi görüşdən başlayıb. Bu görüş zamanı iki lider vasitəçilər və məsləhətçilər olmadan təkbətək danışıb, hər bir ölkənin digərindən nəyə ehtiyacı olduğunu müzakirə ediblər - İsrailin sabit və etibarlı neft mənbəyinə ehtiyacı vardı, Azərbaycan isə İsrailin hərbi müdafiə sistemlərinə çıxış əldə etmək istəyirdi. O gündən İsrailin Azərbaycanla müttəfiqliyi başlayıb və Azərbaycan İsrailin ən sabit və etibarlı müttəfiqlərindən birinə çevrilib.
Hər kəs İsrailin ABŞ-ın Yaxın Şərqdəki ən yaxın müttəfiqi olduğunu və ABŞ-ın İsrailin dünyada ən yaxın dostu olduğunu bilir. Bununla belə, çoxları bilmir ki, Azərbaycan İsrailin ikinci ən yaxın dostudur, ən azından Yaxın Şərq Həqiqətləri Fondunun tədqiqat direktoru Cozef Epşteynin fikrincə bu, məhz belədir.
Azərbaycan ixrac etdiyi neftin 50 faizini İsrailə satır. 1990-cı illərin sonlarından Azərbaycan İsrailin enerji təhlükəsizliyinin sabitləşməsində əsas oyunçuya çevrilib. Azərbaycanın idxal etdiyi hərbi malların 70 faizi İsrailin payına düşür...
Azərbaycan İsrail üçün başqa bir sahədə də əvəzsiz olduğunu sübut edib: Yerusəlim (Qüds) və Ankara arasında vasitəçi kimi Azərbaycan böyük işlər görüb. Türk və Azərbaycan xalqları özlərini iki ölkədə yaşayan bir millət kimi görürlər və ABŞ İsrailin ən böyük müttəfiqi olduğu kimi Türkiyə də Azərbaycanın ən böyük müttəfiqidir.
Azərbaycanın həm İsrail, həm də Türkiyə ilə sıx əlaqələri onu bu iki ölkə üçün mükəmməl vasitəçiyə çevirib.
Azərbaycanın hazırkı prezidenti İlham Əliyev son iki onillikdə bir neçə dəfə İsrail və Türkiyə arasında vasitəçilik edib. 2008-2010-cu illər arasında Əliyev iki xalq arasında dialoqun bərpasına çalışıb. 2018-ci ildə Əliyev həm İsrailin, həm də Türkiyənin Azərbaycanı dəstəklədiyi 2020-ci il Dağlıq Qarabağ müharibəsindən sonra İsraillə Türkiyə arasında ünsiyyəti asanlaşdırmaq səylərini bərpa edib. Əliyevin İsrail və Türkiyə arasında körpü yaratmaq bacarığı, xüsusilə Suriyada Bəşər Əsəd rejiminin süqutundan və Əhməd əl-Şaraanın iqtidara gəlməsindən sonra qarşıdakı dövrdə olduqca dəyərli ola bilər...
Hələ 1998-ci ildə İsrail Xarici İşlər nazirliyi Azərbaycanı İsrail üçün açar ölkə adlandırmışdı...