vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
AVROPA  
16:22 | 14 fevral 2025 | Cümə Məqaləyə 196 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Münhen hücumu

Seçki yaxınlaşdıqca immiqrasiya müzakirələri yenidən qızışır

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Almaniyada əfqan immiqrantın avtomobilini izdihamın üzərinə sürməsi və təxminən 30 nəfərin yaralanması ilə nəticələnən hadisənin əks-sədası davam edir.

Bavariyanın Münhen şəhərində dünən baş verən hadisədən sonra polis 24 yaşlı mühaciri saxlayıb.

BBC-nin məlumatına görə, şübhəli 2016-cı ildə sığınacaq istəmək üçün Əfqanıstandan Almaniyaya gəlib, lakin xahişi rədd edildikdən sonra ona ölkədə qalmağa müvəqqəti icazə verilib.

Almaniya kansleri Olaf Şolz hadisəni “dəhşətli hadisə” adlandırıb və şübhəlinin deportasiya edilməsini istəyib: “Almaniyada cinayət törədən hər kəsin ciddi şəkildə cəzalandırılaraq həbsxanaya göndəriləcəyi mesajını vermək mənim üçün çox vacibdir və ölkədə qalmağı gözləməməlidir”.

2021-ci ilin avqustunda ABŞ ordusunun Əfqanıstandan çıxarılmasından və Taliban nəzarəti ələ keçirdikdən sonra Almaniya Kabildəki səfirliyini bağlanıb. Bunu xatırladan Şolz, diplomatik əlaqələri olmadığı halda ağır cinayətlər törədən əfqanları öz ölkələrinə göndərdiklərini vurğulayıb: “Məncə, bu cinayəti törədən şəxs heç bir yumşaqlıq gözləyə bilməz. O, cəzalandırılmalı və ölkəni tərk etməlidir”.

Fevralın 23-də Almaniyada keçiriləcək növbədənkənar seçkilər öncəsi verilən ən mühüm vədlərdən biri də suriyalı və əfqan miqrantların ölkələrinə qayıtması olub. BBC-nin təhlili Münhendəki hadisənin də bu gündəmə təsir edəcəyinə diqqət çəkir.

Saksoniya-Anhalt əyalətinin şimal-şərqindəki Maqdeburqda Milad bazarına edilən hücum da geniş şəkildə diqqət çəkib. Dekabrın 20-də axşam saatlarında baş verən hadisədə Səudiyyə Ərəbistanı əsilli Talib Əbdülmuhsin Milad bazarında avtomobilini izdihamın üzərinə sürərək, aralarında 9 yaşlı uşaq olmaqla 5 nəfəri öldürüb, 200-dən çox vətəndaşı yaralamışdı. Şübhəlinin İslam əleyhinə açıqlamaları və radikal sağçı Almaniya üçün Alternativ (AfD) partiyasını dəstəkləməsi də diqqət çəkmişdi.

AfD siyasətçiləri daha sonra hadisə yerində mitinq keçirərək, hücumda Şolz hökumətinin immiqrasiya siyasətini günahlandırmışdılar.

Ötən ay Bavariyanın Aşaffenburq şəhərindəki parkda bıçaqlı hücum nəticəsində biri körpə də daxil olmaqla iki nəfər həlak olmuşdu. Hücumdan sonra saxlanılan 28 yaşlı əfqan immiqrantın əvvəllər də psixoloji problemləri olduğu iddia edilib.

Bunun ardınca Sosial Demokrat Partiyasından (SPD) Şolz və onun rəqibi Xristian Demokrat Partiyasının (CDU) lideri və Birlik Partiyalarının (CSU) kansler namizədi Fridrix Merz immiqrasiya əleyhinə açıqlamaları ilə gündəmə gəlib.

Digər tərəfdən, Merz radikal sağçı AfD ilə, xüsusən də immiqrasiya siyasətlərində əməkdaşlıq etdiyinə görə də tənqid edilib.

Yanvarın 29-da CDU və CSU AfD-nin dəstəyi ilə Bundestaqda immiqrasiya siyasətini sərtləşdirmək üçün təklif irəli sürdü. Təklif bütün qonşu ölkələrlə daimi sərhəd yoxlamalarının aparılmasını və giriş sənədləri olmayanların, o cümlədən qorunmaq istəyənlərin ölkəyə girişinə qadağa qoyulmasını tələb edir. Həmçinin ölkədən çıxması tələb olunan hər kəsin saxlanılması tələb olunur.

Təklifə cavab olaraq solçu etirazçılar CDU-nun Hannoverdəki nümayəndəliyinə doğru yürüş edib və Mersi Hitlerlə müqayisə edən pankartlar açıblar.

Keçmiş Almaniya lideri Angela Merkel də partiyasının qərarına reaksiya verərək, “Bunun səhv addım olduğuna inanıram” deyib.