
Almaniya liderliyi itirdi
Avropada sığınacaq müraciətləri azaldı
Avropada sığınacaq müraciətləri azaldı
Evdə nə qədər nağd pul saxlamaq lazımdır?
Avropa yaxın gələcəkdə özünü müdafiə edə bilməyəcək
CDU-dan sosial yardım açıqlaması
Elm adamları xəbərdarlıq edir – siqaret və spirt qədər təhlükəlidir
Şəhər isti hava dalğaların ilə qitənin ən ölümcül paytaxtı oldu
Sovet rejiminin qaçılmaz sonunu gətirən və 22 il dözülən istibdad
Ölkədə biotəhlükəsizlik həyəcanı verildi
Cəriməsi 50 min avrodur
Avropa mədəniyyəti deyildiyi kimi deyilmiş
Temperatur 40 dərəcəyə çatacaq, ekspertlər diqqətli olmağı tövsiyə edir
Erməni lobbisinin mərkəzi sayılan Marsel siyahının başında yer alıb
Avropada avtomobil sürərkən radar tətbiqi istifadə edənlər diqqətli olsun
Avropada potensial müharibəyə qarşı köhnə qatarları səhra hospitalına çevirir
Avropanın sonuncu isti dalğasında ölümlər üç dəfə artdı
Hollandiya, Almaniya və Avstriyaya tətilə gedənlər üçün xəbərdarlıq
1347-ci ildən etibarən Avropanı dəhşətli vəba pandemiyası bürüdü. Onmilyonlarla insan bu xəstəliyin qurbanı oldu. Avropa əhalisinin ən azı 1/3 qədər azaldığı ehtimal edilir.
XIV əsr insanı xəstəlik qarşısında aciz idi və yalnız Tanrıya yalvarmaqla özünə nicat axtarırdı. Dualar kömək etməyəndə isə niyə kömək etməməsi haqqında düşünülməyə başlanıldı. Kimisi bunu günahların müqabilində Tanrının göndərdiyi cəza kimi yozdu. Kimisi də, bir çox hallarda olduğu kimi, səbəb olaraq yəhudiləri gördü.
Yəhudilər arasında yoluxma və ölüm halları daha az idi. Bir versiyaya görə, buna səbəb onların daha qapalı yaşamaları, şəxsi gigiyena qaydalarına daha ciddi əməl etmələri idi. Başqa versiyaya görə isə I qan qrupuna malik olan şəxslər vəbaya daha həssas idilər, yəhudilər arasında da həmin qan qrupuna daha az rast gəlinirdi.
Xristianlar arasında yəhudilərin çayları və quyuları zəhərləməsi haqqında şayiələr yayıldı. Papa VI Klimentin yəhudilərin günahkar olmaması, xəstəliyin yəhudilər yaşamayan şəhərlərə də yayılması barədə elanının da xeyri olmadı.
1348-ci ilin aprelində Tulonda 40 yəhudi öldürüldü. Daha sonra Barselonada, Sürixdə, Zalsburqda, Münhendə və başqa şəhərlərdə qətliamlar oldu. Qurbanların sayı hər dəfə artırdı. 1349-cu ilin yanvarında Bazeldə 600 yəhudi öldürüldü. Nəhayət, fevralın 14-də Strasburqda ən azı 900 nəfər diri-diri yandırıldı, qalanları isə şəhərdən qovuldular. Qətliamlar bundan sonra da davam etdi.
Amma yəhudilərin nə qovulması, nə öldürülməsi vəbanı ortadan qaldırmadı. Pandemiya 1353-cü ilə qədər sürdü.
Həmin dövrdə bəzi Avropa monarxları yəhudilərə sığınacaq verdilər. Onlardan biri də Polşa kralı III Kazimir idi. “Şindlerin siyahısı” filmində yəhudi talanı başlayan parçanın əvvəlində bu barədə danışılır.