«Ollandın Qafqazdan verdiyi siqnallar diqqətlə öyrəniləcək»
Fransanın nüfuzlu nəşri ölkə prezidentinin üç keçmiş sovet respublikasına səfərini şərh edib: «Təkcə hərbi büdcəsi Ermənistanın ümumi büdcəsindən böyük olan Azərbaycanın qarşısında İrəvan Rusiyadan tam asılı duruma düşüb...»
Siyasət şöbəsi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Amazonların izi ilə...
Tarixçi Bettani Hyuzun serialı Azərbaycanı da əhatə edir
-
Separatçılar üçün “soyuq düş”
Yaxud diplomatik cəbhədə “əsəb müharibəsi”
-
Diplomat yalan danışırsa ...
Bu millətdə normal insan olmayacaq?
-
Öz xoşlarıyla çıxmayacaqlar
Humanitar yardım adıyla silah daşınır
-
Oskanyan dövrəyə girdi
Ermənilər Xankəndidə Azərbaycana qarşı yeni təxribat hazırlığına başladılar
-
ATƏT dağılır?!
“Minsk Qrupu artıq işləmir”
-
Rusiya çıxmaq istəmir
Fransa isə qoşun yeritmək fikrində
-
“The Game is Over!”
Ən azı bitmək üzrədir...
-
Fransanın zibillədiyi yol ...
Azərbaycan artıq Rusiya ilə də hesablaşmaq istəmir
-
Blinkenin Bakıya zəngi...
... Və Ağdamdan Xankəndiyə qaz kəməri qərarı
-
Orduya tapşırıq verildi
Azərbaycan Xankəndi yolunu bağlayır ...
-
Təxribatdan əvvəlki təbliğat
Putinin ehtimal olunan səfəri fonunda Ermənistanın başı qaşınır
-
Xankəndi şeytan yuvası olmayacaq!
Ermənilərə gələn silah karvanının sahiblərinə ...
-
Əliyev Kremllə razılaşmır
Azərbaycan Rusiyanın oyununu pozur
-
... Ermənilərin taleyi necə olacaq?
Azərbaycan Qarabağda vəziyyəti tamamilə dəyişməyə hazırlaşır ...
-
Paşinyan “qaşınır”
Erməni baş nazir müharibə istəyir?
Fransa prezidenti Fransua Ollandın Güney Qafqaza səfəri yekunlaşdı. Regionun hər üç ölkəsinə baş çəkən Olland Bakıda, İrəvanda və Tiflisdə bir sıra mühüm bəyanatlar səsləndirdi. Gözlənildiyi kimi, onlar əsasən Cənubi Qafqaz və onun ətrafında cərəyan edən proseslərlə, ərazidəki həlli uzanan etnik-ərazi konfliktləri ilə, üç keçmiş sovet respublikasının təhlükəsizliyi ilə bağlı oldu. Təsadüfi deyil ki, həm Bakıda, həm də İrəvanda Olland açıq şəkildə «səfərimdə əsas məqsəd Dağlıq Qarabağ məsələsidir» - dedi.
Bölgənin bilavasitə Rusiyanın həyati maraqlar sferasında yerləşdiyini və səfərin üstəlik, Ukrayna böhranının pik vaxtına təsadüf etdiyini, həmçinin Fransanın da Rusiya kimi BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən, Minsk Qrupunda üç həmsədrdən, Avropa Birliyində isə iki əsas söz sahibindən biri olduğunu ciddiyə alsaq, səfərə ən böyük diqqətin şimaldan fokuslandığına şübhə qalmaz.
Bu xüsusda Fransua Ollandın bölgəmizə üçgünlük ziyarətinə Qərb mətbuatında verilən önəm az əhəmiyyətli deyil. Məsələn, Fransanın nüfuzlu «Le Monde» qəzetinin əməkdaşı, Ollandı səfərdə müşayiət eləmiş jurnalist İv-Mişel Ruolun səfər qeydləri maraq doğurur.
Jurnalist yazır: «Ukraynadakı konfliktin kölgəsi Fransua Ollandın Qafqazın üç keçmiş sovet respublikasına ilk səfərinin üzərində ağır kölgə kimi asılıb. Hərgah, Yelisey Sarayı xüsusi qeyd eləməyə çalışır ki, Azərbaycan, Ermənistan və Gürcüstana səfər «bu ölkələr uğrunda mübarizə» ilə bağlı deyil, bununla belə, heç bir şübhə yox ki, Moskva keçmiş SSRİ-nin ucqarlarındakı dövlətlər üzərində kontrolu gücləndirdiyi vaxtda Fransa dövlət başçısının oradan göndərdiyi siqnalları diqqətlə təhlil edəcək».
Qəzeti əməkdaşı daha sonra Ollandın Bakı səfəri ilə bağlı qeyd edir: «Bakıya, Azərbaycanın paytaxtına gələn kimi Fransua Oland Xəzər dənizi sahillərindən Donetsk və Luqanskda Rusiya yönlü separatçıların təşkil elədiyi referenduma istinadla Ukraynada «yaxşıca saxtalaşdırılmış» və «real olmayan» nəticələri qınadı. «Mən bunu referendum adlandırmaq istəməzdim» – təkid edib Olland. Qeyd edib ki, orada nə seçki məntəqələri və qutuları, nə də seçki siyahıları olub. «Dəyər kəsb edən yeganə seçki 25 may prezident seçkiləridir, hansı ki, bütün Ukraynanın prezidentini seçməyə imkan yaradır, Həmin şəxs də yeganə legitim hakimiyyət olacaq» – bildirib prezident».
Dağlıq Qarabağ münaqişəsinin həllinə rəsmi Parisin təsir imkanlarına gəlincə, Mişel Ruol yazıb: «Diplomatlardan birinin sözlərinə görə, Azərbaycanla Ermənistan kövrək atəşkəs rejiminə əməl eləsələr də hələ ki, «texniki müharibə vəziyyətindədir». Dağlıq Qarabağ Rusiya tərəfindən birbaşa və ya dolayısıyla körüklənən, Moskvaya öz qonşularına təsir göstərmək imkanı verən »dondurulmuş münaqişələr»in simvoluna çevrilib. Burada hətta ATƏT missiyası (Minsk Qrupu – s.s.) çalışsa da, status-kvo total olaraq qalır. Fransa XİN-dən bildirildiyi kimi, bu «qara dəlik» bütün regional əməkdaşlığı iflic edir, çünki Azərbaycanla Ermənistan arasında hələ də diplomatik münasibətləri yoxdur. Təkcə hərbi büdcəsi Ermənistanın ümumi büdcəsindən böyük olan Azərbaycan qarşısında təhlükəsizlik və energetika məsələlərində Rusiyadan tam şəkildə asılı olan İrəvanın Moskvanın təzyiqlərinə dözə bilmədi. Bu gün bu ölkədə Rusiyanın hərbi bazası və 5 min hərbçisi var. Rusiya tərəfə kəskin dönüş (Gömrük İttifaqına üzvlük nəzərdə tutulur - red.) dərhal onun mükafatlanmasına gətirdi – Rusiya Ermənistan üçün təbii qazın qiymətini iki dəfə aşağı saldı. Halbuki, Ermənistan Ukrayna hadisələrinədək Rusiyanın öz qonşularına sırıdığı «məhdud suverenlik»lə şellənirdi...» (musavat.com)