vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
XADİM  
12:45 | 11 iyun 2014 | Çərşənbə Məqaləyə 2857 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bir atımlıq barıtları var»

ReAl üzvü müxalifətə sataşdı: «Ucuz qiymətə də gedirlər»

ReAl üzvü Altay Göyüşov klassik müxalifətə sərt ittihamlar irəli sürüb. Publika.az xəbər verir ki, A.Göyüşov «Facebook» səhifəsində bəzi müxalifətçilərin radikal olmasını belə şərh edib: «Bir var prinsipial olmaq, bir də var radikal. İkincilərin əksəriyyətində birinci xüsusiyyət yoxdur. Bir atımlıq barıtları var, atıb qurtarıb, nəticə əldə etməyəndə hazırlaşırlar düşərgə dəyişməyə. Çünki dəyərlərə əsaslanan prinsipiallıq yoxdur, ucuz qiymətə də gedirlər».


REAL üzvünün fikrincə, prinsipiallıq həyat tərzidir, kimlikdir: «Ona görə prinsipial insan düşərgə dəyişdirməyi, yəni prinsiplərindən imtinanı ağlına gətirmir. Onlar nə həqiqəti deməkdən özünü çəkindirə bilir, nə də hay-küylə düşmənçilik mühiti yaratmağı bacarmır. Həm də prinsipial olan həyat tərzinə normal bir şey kimi baxaraq onu təbliğat vasitəsinə çevirə bilmir. Problem də elə ondadır ki, prinsipiallığı olmayan radikalın emosional kütlə içərisində populyarlaşmaq ehtimalı daha çox olsa da, uğur qazanması mümkün olmur. Real qələbə məhz nəyin bahasına olursa-olsun, ümumbəşəri dəyərlərə sadiq qalan, onlardan heç bir vəchlə imtina etməyən prinsipialın populyarlaşdığı zaman əldə olunur».