«Gecə 2-də yuxudan gurultuya ayıldım»
Partiya sədrindən cavab atəşi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
VİP-lə EL-in savaşı daha da qızışdı
Ə.Əliyev: «Yanımıza onun elçiləri gəlir...»
E.Quliyev: «Məni nəinki 6 aylığa, hətta 6 il də» -
«VİP» sədri «EL» rəsmisinə dava açdı
Əli Əliyev Eldəniz Quliyevi məhkəməyə verib
-
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev «Facebook» səhifəsində bəzi səlahiyyət sahiblərinin insanlıqdan uzaq hərəkətlərinə kəskin münasibət bildirib.
Ə.Əliyevin həmin yazısının təqdim edirik: «Bu gecə saat 1.58-də yuxudan gurultuya ayıldım. Bölgədə vəziyyətin qeyri-sabit olduğunu bildiyimdən, yarı-yuxulu vəziyyətdə ilk ağlıma gələn müharibə oldu. Yaşadığımız yer atəş yerindən çox aralı olmadığından və atəşlərin intensivliyi gurultunu çox vahiməli edirdi.
Yaylımın fişəng olduğunu fərq edənə qədər yarım dəqiqəyə yaxın vaxt keçdi. Təbii ki, ailə üzvlərim də, xüsusən uşaq çox qorxmuşdu. Atəşfəşanlığın yaratdığı səs dalğaları eşikdəki nəqliyyatın təhlükəsizlik mexanizmlərini işə salır, rezonansdan şüşələr silkələnirdi.
Saat 11-ə qədər baş vermiş gecə olayına ictimai reaksiyanı gözlədim. Təəssüf olsun ki, sanki bu hadisəni təkcə mən müşahidə etmişəm. Düzdür, hadisədən dərhal sonra fb-da bir neçə nəfər təəccübünü ifadə etmişdi. Lakin bunu yetərli görmürəm.
Nədən cəmiyyət öz hüquqlarına belə etinasızdır? Sanki bizlər bu ölkənin sahibi-vətəndaşı deyil, orta əsr kölələriyik. Bunları yazmaqla özümü hamıdan ayırmaq fikrindən çox uzağam. Tutduğum siyasi-ictimai mövqeyə baxmayaraq, özümü ilkdə yaranmış vəziyyətə görə qınayır, bu duruma görə məsuliyyət daşıdığımın fərqindəyəm. İndiki dəqiqəyə qədər gecədəki harınlığın və sayğısizlığın səbəb və səbəbkarlarından xəbərsizəm. Ola bilər kimlərsə hansısa sevincini bizə agah etmək istəyiblər bu cəngəllik üsulu ilə. Məlumatlı deyiləm. Anlamırlar ki, bu üslubda xəbərçilik, sevincin bölünməsindən çox əks, hamının dərhal fikrinə gələn reaksiyanı doğurur. Eyni zamanda gecənin o vaxtı belə səs-küyə sərəncam hüququna malik olanların ranqını da anlayıram. Fərqi yoxdur, kimdir o şəxs və ya şəxslər qrupu. Bilinən odur ki, onlar bizləri-vətəndaşları insan gözündə görmürlər. Əks halda onlar gecənin o çağında belə olaya yol verməzdilər.
Mənə görə ötən 2 əsrin ən böyük həmvətənlərimizdən olan, haqlı olaraq millət atası ayamasının sahibi Hacı Zeynalabdin Tağıyev özünə müəllim saydığı Axund Abuturab ağanın ayaqları tərəfdə dəfn olunmağı vəsiyyət etmişdir. Deyilənlərə görə Tağıyev Axunda sərvətlərinin daimiliyi haqda sual verərkən, Abuturab ağa hər nəyin Allaha məxsus olduğunu və bir anın içində ala bilmək iqtidarında olduğunu bildirib. Sovet hakimiyyəti qurulduqdan sonra hər imkanından məhrum edilmiş Tağıyev axundun dediklərini yada saldıqdan sonra dəfn vəsiyyətini etmişdir.
Belə nümunəsi olan millətin nümayəndələrinin vətəndaşlara hörmətsizlik edilməsi başa düşülmür. Tariximizdən çəkdiyim nümunənin kontekstində hər vəziyyətin dəyişəcək olduğunu yada salmaq istəyirəm. Millətə həqarət nümayiş etdirənləri bu ibrətamiz misaldan nəticə çıxarmağa çağırıram. Axund Abuturab ağanın ayağı altında dəfn olunmaq üçün daha yer yoxdur.
Vətəndaşlara sayğı ilə yanaşmağı unutmayın».