

“Tənqid bir yana, fərqli fikirdən söhbət gedə bilməz”
Tofiq Yaqublu: “Hətta Arif Hacılının katibəsi də Müsavat Məclisinə seçilib”
Başqan müavinindən Müsavat Məclisinin qərarına üsyankar status...
Siyavuş Novruzov: «İsa Qəmbəri nə qədər üfləsələr də, şişə bilmir»
Araz Əlizadə: «AXCP-Müsavat cütlüyü ümidlə yaşayır»
«Bir qrup göbəyi meydanlara, küçələrə açılmış insanlar var»
İsa Qəmbər 4 iyun qiyamının yatırılmamasını Elçibəyin üzərinə yıxdı
«Hakimiyyətin ssenarisi» iddiasını özüm üçün təhqir hesab edirəm
«ABŞ-ın çox yüksək dairələrində Bütöv Azərbaycan məsələsi ilə maraqlanırlar» - III (sonuncu) hissə
«…biz gərək partiyaya başqanlığına Arif Hacılını deyil, Yaşar Türkazəri seçəydik» (II hissə)
«Tofiq Yaqublu kimi bir şəxsi Divanda uşaq kimi danlayıblar»
«İsa Qəmbər səsini əvvəlcədən bəyan eləmişdi» (I hissə)
«Təqibdən-təzyiqdən qorxsaydım, geri dönməzdim»
Ellada Məmmədli: «İsa Qəmbər közərən pambığı alışdırmağa qadirdir»
Partiya sıralarını könüllü tərk etmiş müsavatçı xanım etiraz etdi
Müsavatçılar necə aldadıldı?
«Müsavata üzv olmaq heç də o demək deyil ki, hamı eyni vaxtda eyni mahnını oxumalıdır. Qurultay üçün yer oyunu 4 ildir davam edir və daha 4 il də uzanmalıdır?» Bunu AzVision.az-a açıqlamasında Müsavat Partiyası başqanının müşaviri Səxavət Əlisoy bildirib.
Müsavatdakı qalmaqala toxunan S.Əlisoy başqan İsa Qəmbərin bəzi suallara cavab verməsini istəyib: «Müsavat rəhbərliyinə sual ünvanlayıram ki, biz istədiyimiz, məqbul saydığımız yer verilməsə, biz nə etməliyik? 2014-cü ilin artıq yarısı bitib, bu il də, gələn il də yer ayrılmasa, onda hansı addımı atmalıyıq?»
S.Əlisoy vurğulayıb ki, qurultayın vaxtı artıq 4 ildir ki, uzanır. «Hər dəfə icra hakimiyyətinə bir zaman təyin edir, müraciət etməlidir ki, bizə yer verin. Onların məqbul saydığı yerləri də biz məqbul saymayacağıq. Bununla da yer oyunu 4 ildir davam edir və daha 4 il də uzanmalıdır?»
Başqa müşaviri partiya qurultayını Braziliyada keçirilən futbol üzrə dünya çempionatı ilə də müqayisə edib: «Bu, futbol üzrə dünya çempionatı və ya «Avroviziya» keçirmək deyil ki, çox ciddi texniki hazırlıq lazım olsun. Qurultayın nümayəndələri bəllidir, konfranslar keçirilib və burada texniki baxımdan hər hansı bəhanə gətirmək qəbulolunmazdır. Faktiki olaraq kimin udub-udacağı bəlli deyil, amma proqnozlaşdırmaq olur ki, burada udan Müsavat olmayacaq».