

“Tənqid bir yana, fərqli fikirdən söhbət gedə bilməz”
Tofiq Yaqublu: “Hətta Arif Hacılının katibəsi də Müsavat Məclisinə seçilib”
Başqan müavinindən Müsavat Məclisinin qərarına üsyankar status...
Siyavuş Novruzov: «İsa Qəmbəri nə qədər üfləsələr də, şişə bilmir»
Araz Əlizadə: «AXCP-Müsavat cütlüyü ümidlə yaşayır»
«Bir qrup göbəyi meydanlara, küçələrə açılmış insanlar var»
İsa Qəmbər 4 iyun qiyamının yatırılmamasını Elçibəyin üzərinə yıxdı
«Hakimiyyətin ssenarisi» iddiasını özüm üçün təhqir hesab edirəm
«ABŞ-ın çox yüksək dairələrində Bütöv Azərbaycan məsələsi ilə maraqlanırlar» - III (sonuncu) hissə
«…biz gərək partiyaya başqanlığına Arif Hacılını deyil, Yaşar Türkazəri seçəydik» (II hissə)
«Tofiq Yaqublu kimi bir şəxsi Divanda uşaq kimi danlayıblar»
«İsa Qəmbər səsini əvvəlcədən bəyan eləmişdi» (I hissə)
«Təqibdən-təzyiqdən qorxsaydım, geri dönməzdim»
Ellada Məmmədli: «İsa Qəmbər közərən pambığı alışdırmağa qadirdir»
Partiya sıralarını könüllü tərk etmiş müsavatçı xanım etiraz etdi
Müsavatçılar necə aldadıldı?
Müsavat başqanının müşaviri Səxavət Əlisoy partiya ilə bağlı tənqidi fikirlər səsləndirib. Azvision.az xəbər verir ki, o, «Facebook» sosial şəbəkəsində yazdığı statusda Müsavatın hazırkı durumunu 11 il əvvəl ilə müqayisə edib və qeyd edib ki, bu gün partiya qurultayını keçirmək iqtidarında deyil.
«11 il əvvəl partiyanın hər rayon təşkilatında 300-500 və daha çox müsavatçı cəm olmuşdu, özək və şura iclaslarında qızğın müzakirələr gedirdi. Bu gün bəzi rayon təşkilatlarında könüllü olaraq sədrliyə yaxın duran tapılmır. 11 il əvvəl Müsavatda dəstə, qrup mənafeyi önə çəkilmirdi, partiya bütöv görünürdü, bugünkü duruma qiymət vermək üçün sosial şəbəkələrdə müsavatçıların yazdıqlarına baxmaq kifayət edər... Nədən bu günə düşdük, haradan hara gəldik, populizmdən uzaq durub məhz bunu müzakirə etmək gərəkdir, dostlar».
S.Əlisoy vurğulayıb ki, partiyanın bugünkü durumuna görə İsa Qəmbər də daxil olmaqla bütün müsavatçılar məsuliyyət daşıyır: «Bugünkü duruma görə İsa bəy də daxil cümlə müsavatçılar, ən başda isə komanda məsuliyyət daşıyır. Bu komanda dəyişməlidir. 20 illik məğlubiyyətləri zəfər kimi müsavatçılara və cəmiyyətə təqdim edənlər geriyə çəkilməlidir. Müsavat Partiyası ciddi islahatlara start verməlidir, nədən ki, yenilənməyə məhkumdur. Bu baş verəcəksə, partiya güclənəcək və hədəfə doğru inamla, ümidlə gedəcək. Yenilənmiş Müsavat meydana çıxmasa, partiyanın ən böyük hədəfi iqtidardan 4-5 deputat yeri almaqdan ibarət olacaq».