vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
12:23 | 3 mart 2017 | Cümə Məqaləyə 2259 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Suriya - Rusiya ordusunun təlim poliqonu?

... yoxsa «biz də yerimizdən tərpənmədən dünyanın yarısını tuta bilərik» mesajı

MÖVZU İLƏ ƏLAQƏLİ

Prezident Vladimir Putin hələ ötən ilin martında Suriyanı Rusiya silahlarının sınaq poliqonu adlandırmışdı. O, Kremldə hərbçiləri mükafatlandırdığı zaman elə beləcə də demişdi: «Rusiyanın çağdaş silahları uğurla sınaqdan keçib, özü də sınaq poliqonlarında yox, real döyüş şəraitində».

Rusiya prezidenti bunu da demişdi ki, Suriya təcrübəsi düzəlişlər etməyə, texnikanın effektivliyini və etibarlılığını artırmağa, silahlı qüvvələri təkmilləşdirməyə, onların döyüş imkanlarını gücləndirməyə kömək edəcək. Putin daha sonra təlimlərin keçirilməsi və döyüş hazırlığı üçün Müdafiə Nazirliyinin büdcəsinə 33 milyard rubl (562,7 milyon dollar) ayırdığını da demiş və fikrini belə tamamlamışdı: «Biz, sadəcə, bu pullarıyönləndirmişik, çünki döyüş hazırlığı üçün real döyüş şəraitindən daha effektiv üsul hələ tapılmayıb».

«Azadlıq» radiosunun rus xidmətindən jurnalist Vladimir Voronov yazır ki, Putin sanki biznes planından danışırmışcasına praqmatik özəlliklər ortaya qoyub. Müəllif yazır ki, müasir zenit sistemlərinin dirənişi olmadan təyyarələrin belə bir reallıqla üzləşərkən özlərini necə aparacağınımüəyyənləşdirmək mümkün deyil. Ancaq Rusiya ordusunun Suriyada bombaladığı qruplaşmaların heç bir radioelektron müdafiə sistemi yoxdur.

Üstəlik, bununla bağlı Rusiyanın özündə əldə olunan informasiya daha faydalıdır. Belə silahların saxlanması və istismarı üçün Rusiyanın təbii-iqlim şəraiti Suriyanınkından daha müxtəlif və sərtdir. «Elə təkcə Arktika nəyə desən dəyər», - məqalədə deyilir və qeyd edilir ki, «ən müasir aviasiya komplekslərinin» vəzifələrini köhnə nəsil təyyarələr də rahatca yerinə yetirə bilər. Qarşı tərəf müqavimət göstərmək iqtidarında olmayanda, onu yüksək hündürlükdən bombalamaq o qədər də çətin iş deyil.

Müəllif yazır ki, ən böyük şou Rusiyanın «Kalibr» qanadlı raketlərinin nümayişi olub. Birinci «təqdimat 2015-ci il oktyabrın 7-də gerçəkləşib. Xəzər donanmasının dörd gəmisi Suriya istiqamətində 26 belə raket buraxıb. Xəzər dənizi hövzəsindən start götürmüş bu raketlər 50 metrə yaxın hündürlükdə 1500 kilometrə qədər yol qət edərək və İranla İraqın əhalisi az ərazilərinin üstündən keçərək, mənzil başına çatmışdı. Bu ölkələrin əvvəlcədən razılığı da alınmışdı. Bu, məxsusi «Kalibr» raketləri üçün layihələndirilmiş və dizayn olunmuş «Buyan-M» kiçik raket gəmilərinin (KRG) döyüş debütü idi. Bunun ardınca daha bir neçə dəfə, o cümlədən Aralıq dənizi hövzəsindən də həmin raketlər buraxıldı. Noyabrın 17-də (rəsmi məlumatlara görə, dekabrın 8-də) dörd «Kalibr» raketi «Rostov-na-Donu» sualtı qayığından buraxıldı. Qayıq həmin vaxt Şimal Donanmasından Novorossiyskə keçirdi və bu daha bir premyera idi.

Ekspertlər etiraf etdilər ki, son dərəcə bahalı bu raketləri 1500 kilometrlik məsafəyə buraxmağa heç bir lüzum yox idi. Ən azı ona görə ki, Suriyada onların heç bir hədəfi yoxdur. «CNA Corporation»ın analitiki Mixael Kofman BBC-yə müsahibəsində bunun «şou» olduğunu demişdi. Onun sözlərinə görə, uzağa getmədən, Rusiya aviasiyasından yararlanaraq, eyni nəticələrə nail olmaq mümkün idi.

Məqsəd, sadəcə, güc nümayiş etdirmək, «biz də yerimizdən tərpənmədən dünyanın yarısını tuta bilərik» mesajı vermək idi. Suriyada belə gücə layiq infrastruktur olmadığından, bu zərbələrin heç bir praktik əhəmiyyəti yox idi. Orada Rusiya qüvvələri dağınıq və xırda partizan qrupları ilə vuruşurdu. Onlar da çox zaman yaşayış məntəqələrində, çox zaman dinc sakinlərin arasına qarışaraq fəaliyyət göstərirdi.

İstənilən savaş silahların sınaq poliqonudur. Suriya müharibəsi də istisna deyil.»1936 - 1939 cu illərdə baş vermiş vətəndaş savaşında İspaniya, faktik olaraq, alman və sovet silahlarının sınaq poliqonuna çevrilmişdi. Bu zaman nə Stalin, nə də Hitler ictimaiyyət önündə İspaniyadan sınaq poliqonu kimi istifadə etmələriylə öyünürdü. Onlar heç zaman silah satışını artırmaq və potensial sifarişçiləri cəlb etmək üçün öz silahlarının uğurunu reklam etmirdilər. Onların hərbi liderləri də açıq çıxışları zamanı bu mövzuya toxunmurdular. Sovet və Amerika silahlarının sınaqdan keçirildiyi Hind-Çindəki hərbi əməliyyatlar haqqında da eyni sözləri söyləmək olar. Nə Leonid Brejnev, nə Lindon Johnson, nə Richard Nixon, nə də onların marşal və generalları Vyetnamdan ən yeni silahların sınaqdan keçirilməsi üçün poliqon kimi yararlandıqlarını açıq şəkildə dilə gətiriblər. Canlı insanlar üzərində aparılan belə sınaqların əxlaqsızlığı o qədər ortadadır ki, dövlət adamları bu mövzunu açıb-ağartmırlar. Belə çıxır ki, Putin bu məsələdə də novatordur?» - müəllif yazır.