İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
00:29 | 1 iyun 2017 | Cümə axşamı
Məqaləyə 1880 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
İran müxalifətinin ədəbiyyat və kinodakı səsi, “Oskar”a namizəd göstərilmiş rejissor – Mərcan Satrapi
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Babək Bəxtavər İranda prezident seçkiləri nəticələrinin İslam Respublikasının son dörd ildə yürütdüyü xarici siyasətə uyğun şəkildə müəyyənləşdiyini ifadə edir. Milli fəal Amerikanın Səsinə müsahibədə müxtəlif siyasi qruplar, o cümlədən ölkə xaricində fəaliyyət göstərən İslam Respublikası müxaliflərinin Həsən Ruhaniyə dəstək vermələrinin səbəblərini dəyərləndirib.
İngiltərədə yaşayan fəal müsahibədə həmçinin türk fəalların prezident seçkilərinə münasibətini və türklərin səsvermədə iştirak səviyyəsi haqqında danışıb.
Babək Bəxtavərin fikrincə, həm fars millətçiliyinə söykənən müxalif qruplar, həm də şiəçiliyə söykənən hakimiyyət Həsən Ruhaninin prezident seçilməsini istəyirdilər.
Onun dediklərinə görə, «bu seçkilərin nəticələri İranın keçən dörd ildə yürütdüyü siyasətin davamıdır. Belə də demək olar ki, bu seçkilərdə fars millətçiliyinə söykənən İran müxalifləri ilə şiəçiliyə söykənən islami hökümət arasında yazılmamış bir anlaşma var idi. Ruhaninin seçilməsi gözlənilirdi. Son dörd ildə İran hakimiyyətinin başındakılar, yəni Xameneyi və Sepahın xarici və daxili politikasına ən uyğun namizəd Həsən Ruhani idi».
Bəxtavər əlavə edir, «səbəbi budur ki, Ruhani müxalifləri ən az bədəl ödəyərək susdura bilən namizəddir... Son dörd ildə siyasi qruplara verilən vədlərə əməl olmadığına baxmayaraq ciddi bir etiraz səsi çıxmadı... Ruhani nüvə məsələsində də rahat irəliləmə əldə edə bilər...»
Türk fəal İran İslam Respublikasında prezidentlərin vəzifəsinin öncədən müəyyənləşdirilmiş siyasətləri həyata keçirmək olduğuna diqqət çəkir.
O, deyir ki, «hakimiyyətin əsas gövdəsi bir qərar alır. Hər hansı siyasətçi və namizəd gəlsə, o siyasəti yürütməlidir. Seçki kampaniyalarında da Xameneyi çox açıq dedi ki, təbliğatda xarici siyasətə dair danışılmamalıdır. Daxili siyasətə gələndə də, gördük ki, mədəni azadlıqlar mövzusu ya hərbi mövzulardan bəhs etmədilər. Ancaq və ancaq namizədlərə iqtisadi mövzular üzərində danışmağa icazə verildi».
Bəxtavər seçkilərdən öncə prezident Ruhaninin xeyrinə fəaliyyət göstərən müxaliflərin gözləntilərinə də işarə edir: «Ruhanini dəstəkləyən İran müxaliflərinin demokratiya və azadlıqlara dair tələbləri yox idi. Deyirdilər biz bunları gözləmirik. Bəs bunlar nəyi gözləyir? Bölgədə gərginliklər var. Suriya bunun bir nümunəsidir. İndi İranda dini bir hakimiyyət olsa da, bu dövlət-millət orada fars hegemonluğunu qorumaqdadır... Buna görə də, fars millətçiləri hökümətə deyirlər ki, biz səndən demokratiya, mədəni azadlıqlar istəmədik. İndilik anlaşırıq ki sən hakimiyyətdə olasan, səni devirmək niyyətimiz də yoxdur... Sadəcə beynəlxalq sahədə ölkəni böhranlara sövq edən siyasət yürütməyin. Bu tolerantlıq siyasəti ilə davam edin ki gərginlik olmasın, ölkə dağılmasın».