Rusiyanın xam xəyalı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
22:17 | 1 iyun 2017 | Cümə axşamı
Məqaləyə 672 dəfə baxılıb
Şriftin ölçüsü
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Brüssel Moskvaya qarşı növbəti sanksiyalar paketini hazırlayır
Rumıniya NATO-dan antidron sistemlərinin təcili verilməsini istədi
Rusiyalı Adəm Osmayev Kiyevdəki atışmanın qurbanı olub. Bu həmin o şəxsdir ki, Rusiyada prezident Vladimir Putinə sui-qəsddə ittiham edirlər. Virtualaz.org bildirir ki, xəbəri RBK-Ukrayna hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən yayıb.
Polisin məlumatına görə, Osmayev arvadı Amina Okuyevo ilə birlikdə guya Le Monde-dən olan fransız jurnalisti Aleks Vernerə müsahibə vermək üçün razılaşıb və Kiyevdəki Kirillovski küçəsinə gəlib. Görüş vaxtı Verner qutudan «Qlok» markalı tapança çıxararaq Osmayevin sinəsinə atəş açıb, bundan sonra onun arvadı mükafat kimi verilmiş PM markalı tapançasından hücum edən şəxsə dörd güllə sıxıb. Hər iki yaralı 17 nömrəli xəstəxanaya çatdırılıb.
Qeyd edək, 2014-cü ilin martında Putinə sui-qəsddə ittiham edilən Osmayev Ukraynadan vətəndaşlıq istəmişdi. 4 yanvar 2012-ci ildə Odessada baş verən partlayışda iştirakda şübhəli bilinən Osmayev 2012-ci ilin fevralında saxlanılmışdı. Həmin partlayış zamanı Rusiya Federasiyasının 26 yaşlı vətəndaşı həlak olmuş, Qazaxıstanın 28 yaşlı vətəndaşı ciddi xəsarət almışdı. 27 fevralda isə UTX məlumat yaymışdı ki, Odessadakı həbslə Rusiya və Ukrayna xüsusi xidmət orqanları Rusiya Federasiyasındakı prezident seçkilərindən sonra Putinə sui-qəsd hazırlığı üzrə terror planının qarşısını alıblar.