İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
13:09 | 5 iyun 2017 | Bazar ertəsi
Məqaləyə 2385 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
İran müxalifətinin ədəbiyyat və kinodakı səsi, “Oskar”a namizəd göstərilmiş rejissor – Mərcan Satrapi
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Aslan Soltani mayın 19-da keçirilən prezident seçkilərində Həsən Ruhani tərəfdarlarının təşkil etdiyi seçki kampaniyalarını «qorxu kampaniyası» olaraq qiymətləndirir. Amerikanın Səsinə danışan milli fəalın fikrincə, yaxşı işləyən həmin kampaniya nəticəsində əhali muhafizəkarların namizədi İbrahim Rəsinin prezident seçilməsindən qorxduğu üçün Həsən Ruhaniyə səs verdi.
Aslan Soltani deyir, «bu seçkilər keçmişdəki seçkilərə görə biraz fərqli idi. Lakin Həsən Ruhani yenə də İranda prezidentlərin iki dövr ard-arda seçilməsi ənənəsinə uyğun olaraq prezident seçildi».
Türk faəlın fikrincə, İranda keçirilən seçkilərin nəticələrini dəyərləndirər ikən, İslam Respublikası tərəfindən açıqlanan rəqəmlərin həmişə şübhəli olduğunu nəzərdə tutmaq lazimdir: «İranda bütün seçkilərdə saxtakarlıq olur. Ən azından 2009-cu ildə keçirilən seçkilərdə baş verən saxtakarlığı açıq və aydın görmüş olduq... Mən şəxsən bunların açıqladığı nəticələrə və verdikləri rəqəmlərə inanmıram. Biz öncə bunu nəzərə almalıyıq. Mən onların seçkilərdə iştirak edənlərə dair verdiyi 40 milyon rəqəminin də şişirtmə olduğunu düşünürəm».
O, əlavə edir, «verdikləri rəsmi rəqəmlərə görə, 16 milyon əhali seçkilərdə iştirak etməmişdir. Halbuki, dövlət və media iştirakın yüksək olması üçün çox çalışmışdı. Qorxu kampaniyası təşkil etmişdilər. Yəni, (Ruhani seçilməsə) İbrahim Rəisi gələcəkdir deyərək əhalini qorxutmuşdular».
Aslan Soltani işarə etdiyi bu qorxu kampaniyasının əhali arasında yaxşı işlədiyini ifadə edir.
«Mən şəxsən danışdığım insanlardan aldığım təəsürat bu idi ki, insanlar həqiqətən qorxmuşdular. Yaxından izləyirdim. Seçkilərdə Ruhaninin qələbə qazanması insanların islahatçıları istədiyi üçün yox, muhafizəkarlardan qorxduğu nəticəsində oldu», deyə o söyləyir.
Soltani İranda seçkilər yolu ilə bir dəyişikliyin baş verəcəyini gözləmədiyini deyir: «1997-ci ilin seçkilərində islahatçıların dəstəklədiyi Məhəmməd Xatəmi Natiq Nuriyə qarşı namizəd olmuşdu. Mən o seçkilərdə islahatçıların ölkəni daha yaxşı idarə edəcəyinə, daha yaxşı tərəfə çəkəcəyinə və Azərbaycanın haqlarına diqqət yetirəcəyinə ümidvar idim. Onlara qoşulmuşdum və özüm də səs verdim. Amma, indi nəticə ortadadır. Gördük ki, belə bir şey yoxdur və İran islah ediləcək bir dövlət deyil. İran konstitusiyasında Vəli-Fəqihin (ali ruhani lider) çox üstün səlahiyyətləri vardır. O, məclisin də hökümətin də qərarlarını ləğv edə bilər. Hətta 2009-da olduğu kimi seçkilərin nəticəsini də dəyişdirə bilər...»
Türk fəallar və Azərbaycan Milli Hərəkatının ən çox nüfuza sahib olduğu Şərqi Azərbaycan və Qərbi Azərbaycan vilayətləri əhalisinin seçkilərdə ən az iştirak etdiyi vilayətlər arasında olublar.
Soltaninin fikrincə, milli fəalların media imkanları olsaydı, bu vilayətlərdəki iştirak səviyyəsi daha aşağı ola bilərdi.