Hədəyə hədə ilə cavab
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
14:27 | 12 iyun 2017 | Bazar ertəsi
Məqaləyə 1350 dəfə baxılıb
Şriftin ölçüsü
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Avropanın mərkəzində müharibə qorxusu
Ukrayna ordusunda çinlilər də döyüşür
Planlaşdırılan Budapeşt görüşü siyasi parçalanma yaratdı
Sergey Lavrov və Zərif arasında qarşıdurma
Çin isə Trampın əsas tələbləri ilə razılaşmadı, əksinə ...
Rusiya polisi ölkənin şərqində mintinq keçirmək istəyən bir neçə adamı saxlayıb. Blagoveşensk şəhərində azı 4 nəfərin həbs edildiyi bildirilir. Yerli medianın yazdığına görə Moskva ilə 7 saat fərqi olan Vladivostokda polis və yüzlərlə nüamişçi arasında qarşıdurma olub. Videogörüntülərdə dəbilqəli polis "Ar olsun!" şüarı qışqıran iki gənci sürüyə-sürüyə aparır.
Novosibirskdə də korrupsiyaya qarşı mitinq baş tutub. Aksiyada 4-5 min nəfərin iştirak etdiyi bildirilir. Aksiya şəhər meriyası ilə razılaşdırılıb.
Orskada Navalnının çağırışına 500-ə yaxın adam səs verib. Aksiya icazəlidir, təhlükəsizliyi təmin etmək üçün hətta hərbçilər cəlb olunub. Abakanda isə mitinqçilər arasında saxlanılanlar var. Rostovda da korrupsiyaya qarşı mitinq başlayıb, aksiya izdihamlıdır və minlərlə adam qatılıb.
Xabarosvk şəhərində də Navalnının çağırışı ilə izdihamlı antikorrupsiya nümayişi başlayıb. Minlərlə nümayişçi mitinqin keçiriləcəyi meydana doğru yürüş edir. Aksiyaçıların əksəriyyəti gənclərdir.
***
12:28
Rusiyada Korrupsiya ilə Mübarizə Fondunun rəhbəri Aleksey Navalnının təşkil etdiyi ümumrusiya aksiyaları artıq ölkənin Uzaq Şərqində başlayıb. Moskvada aksiyalar saat 14.00-də başlamalıdır.
Virtualaz.org xəbər verir ki, Barnaul şəhərində keçirilən izdihamlı mitinqdə 12 yaşlı məktəbli çıxış edib. Vlad adlı məktəbli bildirib ki, o, əvvəl böyüyəndə başqa ölkəyə mühacirət etmək arzusunda idi. «Çünki orada başqa dövlət var, o daha yaxşıdır. Lakin daha sonra mən başa düşdüm ki, ən yaxşısı öz ölkəni dəyişmək və qalıb burada yaşamaqdır», - yeniyetmə müxalifətçi bildirib.
***
11:08
Rusiyanın müxalifət lideri Aleksey Navalnı bu gün iyunun 12-nə təyin edilmiş antikorrupsiya etiraz mitinqinin yerini dəyişdiyini elan edib. Navalnı bildirib ki, mitinq hökumətin icazə verdiyi yerdə yox, Moskvanın mərkəzindəki Tverskaya küçəsində keçiriləcək. Bu, Navalnı və tərəfdarları ilə hakimiyyət arasında qarşıdurma yarada bilər. Navalnı bu qərarını iyunun 11-də aksiyaya 24 saatdan da az qalanda bəyan edib.
İyunun 12-də bütün Rusiya boyunca antikorrupsiya mitinqlərinin keçirilməsi planlaşdırılıb. Müxalifət lideri qərarını onunla izah edib ki, hakimiyyət etirazçılara mitinq avadanlığı, səhnə və səsucaldanlar verməkdən imtina edib.
Mitinq yerinin dəyişdirilməsi etirazçılar və Moskva polisi arasında zorakı toqquşmaya səbəb ola bilər. Moskva polisi artıq mümkün «təxribatlar» barədə xəbərdarlıq edib.Moskva polisinin sözçüsü İnterfax agentliyinıə deyib ki, «hüquq-mühafizə orqanları etirazçılar tərəfindən bütün qanun pozuntularına qarşı sərt tədbir görəcək».
Navalnının martın 26-da keçirdiyi etiraz aksiyaları əsnasında minədək müxalifət tərəfdarı saxlanmışdı. Həmin etiraz aksiyaları onlarda çox sayda gənc və yeniyetnin iştirakı ilə yadda qalıb.
Navalnının özü həmin aksiyadan sonra inzibati qaydada 15 günlüyünə həbs olunmuşdu. Bu, Rusiyada son illərdə baş tutmuş ən irimiqyaslı etiraz idi və böyük rezonans doğurdu.
Müxalifət lideri bildirib ki, bu günkü aksiya Rusiyanın 200-dək şəhərində keçirləcək. Aksiyanın saat 14.00-də başlaması planlaşdırılır. Moskva hakimiyyət orqanları Navalnı və tərəfdarlarına aksiyanın keçirilməsi üçün Moskvanın mərkəzindən kənarda yerləşən Saxarov prospektini vermişdilər.
Müxalifət isə aksiya üçün Moskvanın mərkəzində, Kremlin yaxınlığında yer üçün müraciət etmişdi. Lakin paytaxt hökuməti bildirmişdi ki, iyunun 12 Rusiya günüdür və mitinq əvvəlcədən planlaşdırılmış rəsmi tədbirləri poza bilər.
Aksiya ərəfəsində Navalnının Rusiyanın baş naziri Dmitri Medvedevi korrupsiyada ittiham edən videosu bəzi hakimiyyət saytlarında görünüb.Prokurorluq bildirib ki, sözü gedən internet saytlarına haker hücumu olub.
«Dojd» telekanalının xəbərinə görə Rusiyanın Uzaq Şərqində artıq korrupsiyaya qarşı aksiyalar başlayıb. Novosibirsk, Vladivostok, Krasnoyarsk və digər şəhərlərdə yüzlərlə etirazçı toplaşıb. Vladivostokda polis Navalnının tərəfdarlarından bir neçəsini saxlayıb. Krasnoyarskda kazak geyimli şəxslər aksiyaya qatılmaq istəyənlərin əllərindən telefonları alır və çəkiliş aparılmasına mane olurlar. Barnaulda isə aksiyaya gözlənildiyindən də çox adam gəlib, mitinqin keçirildiyi meydan adamlarla doludur. Moskvanın mərkəzi isə artıq OMON-çularla dolu avtobuslarla əhatəyə alınıb, Puşkin meydanında, Tverskoy küçəsində «Rosqvardiya»nın silahlı əsgərləri gözə dəyir.