Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
19:33 | 16 iyun 2017 | Cümə
Məqaləyə 1446 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
«Caviar» şirkəti Rusiya prezidenti Vladimir Putinin keçirdiyi ənənəvi mətbuat konfransında prezidentə ünvanlanan ən yaxşı sualın müəllifini müəyyən edib. Bu prezidentə korrupsiya ilə bağlı sual verən Nefteyuqansk şəhərindən olan məktəbli Danila Prilepadır.
Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, şirkətin rəsmi saytında məktəbliyə buna görə hədiyyə olaraq qızıl telefon mükafatı verildiyi bildirilir.
«Danila dəqiq və konkret cavab tələb edən ciddi və cəsarətli sual vermişdi. Bundan başqa, biz onun hazırcavablığını yüksək qiymətləndirdik. O, prezidentə «bu sualı verməyə məni həyat hazırlayıb» cavabını vermişdi», - deyə şirkət nümayəndəsi qeyd edib.
O, həmçinin əlavə edib ki, Danila cəmiyyətin həyatına laqeyd olmamaması, cəsarəti, təhsili ilə gənc nəslə ən yaxşı nümunədir.
Xatırladaq ki, Danila iyunun 15-də Vladimir Putinin keçirdiyi mətbuat konfransında iştirak edərək «ölkədə niyə korrupsiya ilə effektiv mübarizə aparılmır?» sualını vermişdi. Məktəbli həmçinin ev dustaqlığının yaxşı nəticə vermədiyini qeyd edib. O, həmçinin səhlənkar münasibətlərin nəticəsi olaraq ailəsi Daxili İşlər Nazirliyinin əməkdaşlarına verilən mənzil növbəsinin çox ləng irəlilədiyindən narazılıq edib.
Putin söz verib ki, DİN əməkdaşlarına mənzil məsələnin həllinə kömək edəcək. Korrupsiyaya gəlincə isə, dövlət başçısı bu problemin olduğunu etiraf edib və bildirib ki, heç bir qanun pozuntusu dövlətin diqqətindən kənarda və cəzasız qalmamalıdır.
«Caviar» şirkəti ən maraqlı suala görə məktəbliyə üzərində Putinin şəkli olan telefon hədiyyə edib.
Xatırladaq ki, bu Rusiya prezidentinin indiyə qədər keçirdiyi 15-ci belə görüşdür. Ötən il keçirilən sual-cavab 3 saat 40 dəqiqə davam etmişdi. Putin müxtəlif mövzulara həsr olunmuş 80 sual cavablandırmışdı.
Ötən gün keçirilən sual-cavabla əlaqədar 2 milyon zəng qəbul edilib. Sualların əksəriyyəti Rusiyanın gələcəyi ilə bağlıdır.