Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
21:45 | 22 iyun 2017 | Cümə axşamı
Məqaləyə 786 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Ukraynanın keçmiş prezidenti Leonid Kuçma Donbassdakı münaqişənin dayandırılması üçün «Normand dördlüyü» tərəfindən imzalanan protoklun yerinə yetirilməməsinin tək səbəbi olduğunu deyib - Putin.
Virtualaz.org xəbər verir ki, Kiyevdə keçirilən beynəlxalq forum zamanı çıxış edən Kuçma Minsk protokolunun əslində razılaşdırılmadığını bildirib. «Minskdə dörd dövlət başçısı görüşdü. Onlardan Merkel ən nüfuzlu siyasətçidir, sinəsini qabağa verib Ukraynanı müdafiə etdi. Olland, Putin, Poroşenko...Mən sizə sadə sual verirəm: protokolu niyə onlar yox, hətta bu müzakirələrdə iştirak etməyən adamlar imzaladılar? Niyə onlar mətbuatın qarşısına çıxıb birgə bəyanatla çıxış etmədilər? Ona görə ki, sənədin yerinə yetiriləcəyinə əmin deyildilər?» - Kuçma bildirib.
Keçmiş prezident xatırladıb ki, 1992-ci ildə onun da iştirakı ilə Qarabağa dair Minsk Qrupu yaradıldı, ancaq münaqişə həll olunmaq əvəzinə Dağlıq Qarabağdan başqa Azərbaycanın 20 faiz ərazisi də Ermənistan tərəfindən zəbt olundu.
«Bu gün danışırlar ki, gah formatı dəyişmək lazımdır, gah kimisə danışıqlara qoşmaq. Bundan nə çıxacaq axı? Gəlin Qafqaza baxaq, Moldovaya baxaq. Miqdardan heç nə asılı deyil. Hər şey ancaq bir adamdan asılıdır-Putindən. Avropalıların Rusiyanı güzəştə getməyə məcbur etmək üçün mexanizmləri varmı? Mən buna şübhə edirəm. Ticarət sanksiyaları tətbiq etdilər, Rusiyaya hansısa problemlər yaratdılar. Digər tərəfdən Rusiyanı məcbur etdilər ki, ixracını şaxələndirsin», - Kuçma bildirib.