Müharibələrdən çıxmaq problemi
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
16:23 | 27 iyun 2017 | Çərşənbə axşamı
Məqaləyə 1944 dəfə baxılıb
Şriftin ölçüsü
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Rusiya hücum infrastrukturunu qurub, planları nəzərdən keçirib
20-29 yaş arası gənclərin sayı 40, doğuş səviyyəsi isə 25 faiz azalıb
Rusiya hakimiyyətinin nəzarətində olan proqramdan istifadə şəxsi məlumatları risk altında qoyur
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
PUA hücumu nəticəsində Perm şəhərində strateji obyekt zədələnib
Daxili maliyyə təzyiqi artır – əmanətlər, valyuta çatışmazlığı və yeni model riskləri
Rusiyada azərbaycanlı barədə məhkəmə qərarı verildi
ABŞ Şimal Qütbü istiqamətində müşahidə və hazırlıq səviyyəsini yüksəldib
İnternetdən sonra mobil rabitədə də məhdudiyyətlər olacaq
Bomba hərbi qarnizonun poçt qutusuna yerləşdirilib
Rusiyanın Qara dənizdəki limanına bir həftədə ikinci hücum
Blokada davam edərkən yarım milyardlıq yaxta boğazdan keçib
Qara dəniz sahillərində göyün üzünü tüstü örtüb, şəhərlər “neft yağışı”na tutulub
3 arsenal, 3 anbar, 2 logistik mərkəz məhv edildi
Kreml yanacaq istehsalında “dövlət planı” modelinə qayıdır
Bu gün Moskvada «Russneft» şirkətinin səhmdarlarının illik yığıncağı keçirilib. Virtualaz.org «Vedemosti»yə istinadən xəbər verir ki, yığıncağı şirkətin majoritar səhmdarı və direktorlar şurasının sədri Mixail Qutseriyev açıb.
İnquş əsilli milyarder Mixail Qutseriyev Azərbaycanın 16 quru neft yatağının sahibidir və bu yataqlara bir neçə il əvvəl 1 milyard dollar investisiya qoyduğunu açıqlamışdı.
Yığıncaqda səhmdarlar ABŞ-ın tətbiq etdiyi sanksiyaların şirkətə təsiri və hasilatın azaldılmasına dair OPEC çərçivəsində əldə edilmiş razılaşma barədə soruşublar. Qutseriyev bildirib ki, Qərb sanksiyaları şirkətə birbaşa təsir etmir, lakin dolayısı ilə bu sanksiyalardan hamı ziyan çəkir. «Biz əlimizdən gələni edirik ki, nə «Russneft»i təmsil edən fiziki şəxslər, nə şirkətin özü sanksiyaların altına düşməsin», - Qutseriyev bildirib.
«Russneft»in prezidenti Yevgeni Toloçek isə səhmdarlar qarşısında bildirib ki, bu il şirkətin məcmu neft hasilatı «Azərbaycanda və Orenburq vilayətində əldə etdiyimiz yeni aktivləri də nəzərə almaqla» 8 milyon tondan çox olacaq. Toloçekin bidirdiyinə görə «Russneft» OPEC ölkələri ilə əldə edilmiş razılaşmaya uyğun olaraq 122 neft quyusunda hasilatı dayandırmağı öhdəsinə götürüb, indiyədək 76 quyuda hasilat dayandırılıb.
Səmdarların iclasında «Safmar» maliyyə qrupunun (Qutseriyevin nəzarətindədir) baş direktoru Avet Mirakyanın da «Russneft»in direktorlar şurasının üzvü seçilməsi məsələsinə baxılacaq. O, Şurada «Russneft»in vitse-prezidenti Oleq Qordeyevi əvəz etməlidir.
2008-ci ildə Qutseriyevin offşor şirkəti «Global İnvestment Energu» (sonradan bu şirkət «Naftis»in tərkibinə daxil edilib) Azərbaycanın 4 neft yatağında qazma işləri aparmaqla bağlı lisenziyaya malik iki şirkətin səhmlərini alıb. Söhbət «Mişovdağ» və «Kəlaməddin» yataqlarının operatoru «Karasu Operating Companu»nin 85, «Padar» və «Harami» yataqlarının operatoru «Kura Valley Operating Companu»nin 80 faizlik aksiyalarından gedir. Səhmlərin qalanı ARDNŞ-in olub.
Həmin il ARDNŞ M.Qutseriyevin yaratdığı, öz strukturlarında «Abşeron Operating Companu Limited» («Zığ» və «Hövsan» yataqlarını işləyir), «Karasu Operating Companu» («Kəlamətdin» və «Mişovdağ»), «Kura Valey Operating Companu» («Padar-Hərəmi»), «Neftçala İnvestments Limited» («Neftçala», «Xıllı», «Durovdağ-Bazanan»), «Binagadi Oil Companu» («Binəqədi», «Qırmakı», «Çaxnaqlar», «Sulutəpə», «Masazır», «Fatmayı», «Şabandağ» və «Sianşor») şirkətlərini birləşdirən «Qlobal Enerji Azərbaycan Ltd.» ilə hasilatın pay bölgüsü (HPB) tipli 16 yatağın işlənməsi üzrə 2 neft kontraktı imzalayıb.
Sonradan Qutseriyev beynəlxalq axtarışda olduğu və Londonda gizləndiyi vaxtlarda Azərbaycanda neft biznesini necə genişləndirdiyi haqda müsahibəsində bunları demişdi: «Mən mümkün olmayan işi bacardım. İnternet və telefon vasitəsilə biznesimi davam etdirdim. Məlum oldu ki, Londonda oturub başqa ölkələrdə telefonla şirkətlər qurmaq olar. Əsas odur ki, dəstəyin o tərəfindəkilər düzgün adamlar olsun. Mən Londonda yaşadığım müddətdə axtarışda olsam da Azərbaycanda neft yataqlarının istismarına 1 milyard dollar yatırdım, Mavritaniyaya isə 160 milyon dollar pul qoydum. Qalan ölkələrə isə daha 1 milyard investisiya yatırdım».
İndi «Russneft»in səhmdarlarının iclasında səslənən məlumat şirkətin Azərbaycanda yenə neft yataqları aldığı barədə nəticə çıxarmağa əsas verir. Lakin belə sövdələşmə barədə KİV-lərdə hər hansı məlumata rast gəlinmir.