Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
11:32 | 2 iyul 2017 | Bazar
Məqaləyə 1924 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Rusiyada prezident Vladimir Putin korrupsiya əməllərinə yol verdiyinə görə etibarını itirən və işdən azad olunan məmurların, o cümlədən hüquq-mühafizə orqanları əməkdaşlarının və hərbçilərin xüsusi reyestrinin yaradılması haqda qanunu imzalayıb.
Virtualaz.org xəbər verir ki, qanuna əsasən korrupsiyaya yol vermiş məmurların xüsusi siyahısı yaradılacaq, həmin siyahıda onların barəsində məlumatlar və yol verdikləri korrupsiya əməllərinə dair faktlar əksini tapacaq. Bu, keçmiş sovet respublikaları arasında korrupsionerlərin xüsusi reyestrinin yaradılmasına dair ilk praktikadır.
Qanuna əsasən müstəsna hallarda dövlət sirri təşkil edən məlumatlar reyestrə daxil edilməyəcək. Reyestrə prokurorluq orqanlarının, İstintaq Komitəsinin, DİN-in, gömrük orqanlarının, dövlət mülki və bələdiyyə xidmətçilərinin, dövlət vəzifəsi tutanların, Mərkəzi Bankın, dövlət korporasiyalarının vəzifəli şəxslərinin, Pensiya Fondunun və digər strukturların işdən azad edilmiş əməkdaşları daxil olacaq. Həmin reyestrdə adları yer alanlar dövlət orqanlarında təzədən işə götürülməyəcəklər.
Qanunda göstərilir ki, korrupsiyaya görə işdən azad edilənlərin adlarının reyestrə daxil edilməsi onların işlədikləri strukturun vəzifəsidir. Reyestr dövlət informasiya sistemində yerləşdiriləcək və internetdə açıq olacaq. Qanun iyunun 28-də Federasiya Şurasından keçib. Putin qanunun qüvvəyə minməsi barədə sərəncamı iyulun 1-də imzalayıb. Qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.
Xatırladaq ki, Rusiyada bloqqer-müxalifət lideri, Korrupsiyaya qarşı Mübarizə Fondunun rəhbəri Aleksey Navalnı baş nazir Dmitri Medvedyevin barəsində korrupsiya dosyesi hazırlayıb. Daha sonra Navalnı korrupsiyaya qarşı iki dəfə izdihamlı ümumrusiya mitinqləri təşkil edib. Bu, son illərdə Rusiyada qeydə alınmış ən irimiqyaslı etiraz aksiyaları idi.