Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
17:43 | 25 avqust 2017 | Cümə
Məqaləyə 2746 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Ötən həftə Britaniya mətbuatında ölkə kəşfiyyatının keçmiş başçısının Rusiya barədə sensasiyalı açqılamalarına istinad edən məqalə, Rusiyanın anti-Qərb dövlət telekanalı üçün «göydəndüşmə» olmuşdu.
Amma məqalənin bir problemi vardı. Onu az qala dəqiqliklə «Guardian» qəzetinin saytına bənzəyən saxta portalda dərc etmişdilər.
Rusiyanın ən tanınmış televizya simaları bundan xəbərsiz idilər və öz verilişlərində Britaniyanın MI6 hərbi kəşfiyyatının keçmiş başçısı Con Skarletə (John Scarlett) istinad edən bu saxta məqalədən bolluca sitatlar gətirirdilər.
Uydurma açıqlamalar Rusiyanın çökdürülməsi üçün hazırlanmış məxfi plan barədə idi.
Rusiyada ən populyar siyasi teleşoulardan birinin aparıcısı Vladimir Solovyov avqustun 20-də özünün «Bazar günü axşam» adlı proqramını bu saxta məqalədən sitatlarla açmışdı.
Ən qəribəsi isə bu idi ki, Solovyovun verilişindən beş gün əvvəl əsl Guardian qəzeti məqalənin saxta olduğunu bəyan etmişdi.
Solovyov isə maqələyə və keçmniş ingilis casusuna istinadən deyirdi ki, «yalan-doğru», 2008-ci ildə baş vermiş Gürcüstan-Rusiya müharibəsinin ardınca Qafqazın zəbt edilməsi və bunun üçün radikal İslamdan istifadə olunması planları cızılıbmış».
Saxta məqalə avqustun 12-də Guardian qəzetinin rəsmi saytına çox bənzəyən saytda dərc edilmişdi. Məqalənin URL-i də qəzetinkinə çox oxşayırdı, lakin bircə fərqi vardı. Burada Latın hərfi «i»-nin əvəzinə türk dilində işlədilən «ı» hərfindən istifadə edilmişdi.
Skarletə aid edilən uydurma iqtibaslarda deyilirdi ki, Britaniya-ABŞ kəşfiyyatının, Rusiyanı çökdürmək üçün Gürcüstanın keçmiş qərbpərəst prezidenti Mixeil Saakaşvilidən və Rusiya-Ukrayna münaqişəsindən istifadə etmək planı olub.
Saxta məqalənin adı da son dərəcə cəlbedici idi: «Keçmiş MI6 başçısı Rusiyanın strateji parçalanması planında Putinə məğlub olduğunu etiraf edir».
Amma bunun ardınca, avqustun 15-də Kremlə bağlı Ren-TV kanalı da öz saytında sözügedən «Guardian» məqaləsinin həqiqi olduğunda israr edirdi.
Bu məqalə rus dilinə tərcümə olunmuşdu. Onun saxta olduğunu da ilk dəfə məqalənin tərcüməçisi duymuşdu.
«Belə görünür ki, «Guardian» qəzetinin iki saytı var – həqiqi sayt və saxta sayt və onlar bunu bilərəkdən edirlər», – demişdi həmin şəxs.
The BuzzFeed saytının apardığı araşdırmadan isə məlum olurdu ki, sözü gedən saxta məqalə ruscaya tərcümə edilmiş başqa saxta məqalələrə bağlıdır və bu materiallar da Rusiya medialarında nüfuzlu Qərb media qurumlarının materialları kimi təqdim olunmuşdu.
Rusiyada məsələnin nə yerdə olduğu anlaşılandan sonra yerli qəzetlər Solovyovu sorğu-suala tutmuşdular.
«Moskovski Komsomolets» qəzetinin başlığında deyilirdi: «Solovyov Rusiyanın parçalanmasına dair məxfi plan barədə saxta müsahibəni dövlət telekanalında efirə verib…»
Rusiya mediasında dərc edilən anti-Qərb məqalələrindən bəzilərinin saxta mənbələrə əsaslandığını faş edən Noodle Remover layihəsinin yaradıcısı Aleksei Kovalyov belə hallarla tez-tez rastlaşdığını deyir.
Lakin Kovalyov həm də Qərbdə yaranmış fikir ixtilafına görə Kremlin ittiham edilməsinə də mənfi yanaşır.
O avqustun 21-də yazdığı blokda qeyd edir: «Saxta «Guardian» məqaləsi məqsədli şəkildə ortalığa atılıb ki, «Solovyov kimi adamlar bu barədə efirdə yalan danışsınlar».
Solovyov isə özünü «Twitter»də müdafiə edib: «Hazırkı zamanda hər hansı bir faktın doğruluğunu müəyyənləşdirmək çox çətindir. Mən bu məqalədən sitat gətirərkən, öz şübhəmi bildirmişdim. Bu, tamaşaçıların özlərinin faktları yoxlayıb nəticə çıxarmasına imkan verirdi».