Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
19:51 | 30 sentyabr 2017 | Şənbə
Məqaləyə 2274 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Avropa İttifaqının Rusiyadakı keçmiş səfiri, Litvanın keçmiş xarici işlər naziri Viqaudas Uşatskas prezident Vladimir Putinlə liftdə təsadüfi qarşılaşması haqda danışıb.
Virtualaz.org xəbər verir ki, keçmiş diplomat «Dojd» telekanalına müsahibəsində Putinin liftdə onunla çox sərt danışdığını deyib. Lakin o, həmin təsadüfi görüşün nə vaxt baş verdiyini dəqiqləşdirməyib.
«Biz danışıqlardan sonra liftlə qalxırdıq. Lifdə təkcə Avropa Komissiyasının prezidenti Joze Manuel Barroso, prezident Putin, mən və iki mühafizəçi idik. Mənə elə gəldi ki, liftlə qalxmaq 40 saniyə yox, 40 dəqiqə çəkdi. Çünki onunla çox sərt və mürəkkəb söhbət aparmalı oldum. Heç bir qarşılıqlı simpatiyadan söhbət gedə bilməzdi», - Uşatskas bildirib.
Keçmiş diplomat danışır: «Və birdən Putin mənə tərəf döndü və sərt tonda dedi: «Nəyə görə o, həmişə mənim dalımca düşüb?»
Diplomat Putindən kimi nəzərdə tutduğunu soruşub, Putin cavab verib ki, Litva prezidenti Dalya Qribauskayteni nəzərdə tutur.
«Mən ona dedim ki, sizin dalınızca necə düşməyək, əgər Ukraynanı təhdid edirsinizdə, Litvanı hədələyirsinizsə və artıq bizim kənd təsərrüfatı məhsullarına sanksiya tətbiq edirsinizə? Biz buna cavab verməliyik, başqa necə edə bilərik?», - səfir bildirib. Uşaatskas deyib ki, onlar daha sonra Putinlə mətbuat konfransının başlamasına qədər söhbəti davam etdiriblər.
Dalya Qribauskayte Rusiyaya və prezident Putinə qarşı sərt bəyanatları ilə tanınır. O, bu yaxınlarda verdiyi müsahibələrdən birində demişdi ki, 2010-cu ildə Putinlə ilk dəfə tanış olanda Rusiya prezidentindən çoxsaylı tələblərdən ibarət ultimatum alıb. Həmin tələbləri yerinə yetirsə Litva Rusiya ilə yaxşı münasibətlərə ümid edə bilərdi.