Vladiqafqazda güclü partlayış
Şəhərin mərkəzində qalın tüstü buludu yaranıb
18:02 | 1 oktyabr 2017 | Bazar
Məqaləyə 2676 dəfə baxılıb
Şriftin ölçüsü
Şəhərin mərkəzində qalın tüstü buludu yaranıb
Azərbaycanlı əsilli biznesmen Rusiya kinostudiyasını satın aldı
Putin Pasxa bayramına görə döyüşlərə fasilə verdi
Aİİ Azərbaycan məhsuluna tətbiq edilən rüsumların müddətini uzatdı
Gündə milyon barel ixrac edən əsas neft limanlarından birində böyük dağıntı
Paşinyanla söhbətdə Azərbaycan müqayisəsi təsadüfi deyildi
“İlk öncə daxili bazarda sabitlik təmin ediləcək, xarici tələbat ikinci planda qalacaq”
Gömrük işçiləri mədəni dəyər daşıyan antik əşyanın aparılmasına imkan vermədi
25 milyard dollarlıq hərbi tədarük planı təsdiqləndi
“Blokadanızı donanmamızla yararıq”
Savaşın uzanmasına əvvəlki illərdəki kimi nikbin yanaşmaq mümkün deyil
... Əslində Ukraynanın suverenliyinə və Avropanın isə təhlükəsizliyinə strateji təhdiddir
Təəssüf ki, başqa yol görünmür...
Harvard məzunu Dmitriyevin adı seçkilərə müdaxilə hesabatında da keçir
Rusiya və Qərbin “QRU” agenti uğrunda amansız savaşı – ŞOK DETALLAR
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Dağıstan rəhbəri Ramazan Abdulatipov «öz ərizəsi ilə» işdən çıxsa da Kreml onun yerinə kimin namizədliyinə üstünlük verdiyini hələ açıqlamır. Virtualaz.org xəbər verir ki, Dağıstan rəhbəri postuna əsas namizədlər Şimali Qafqaz üzrə prezidentin keçmiş səlahiyyətli nümayəndəsi, «Rosqvardiya»nın direktor müavini, general-polkovnik Sergey Məlikov və respublikanın keçmiş rəhbəri, hazırda Kreml administrasiyasında işləyən Maqomedsalam Maqomedov hesab edilir. Lakin məlumatlara görə Dağıstandakı nüfuzlu klanların başqa namizədləri də var, hərçənd onların şansları elə də yüksək deyil.
Ramazan Abdulatipov «Komsomolskaya pravda»ya müsahibəsində deyib ki, istefa barədə qərarı Rusiya prezidenti Administrasiyasının rəhbəri Anton Vayno ilə söhbətdən sonra qəbul edib. Lakin o, söhbətin məğzini açıqlamayıb. Dağıstan mənbələri isə bildirir ki, Abdulatipov könüllü getməyib, onun istefası barədə tələbi Kreml administrasiyası qoyub. Səbəb isə Dağıstandakı vəziyyət, Abdulatipovdan narazılığın yeksək olmasıdır.
«RİA Novosti» bildirir ki, Putinə Dağıstan rəhbəri postuna bir neçə nəfərin namizədliyi təqdim edilib. Lakin onun qərarı hələ məlum deyil. «Bunu demək düzgün olmazdı ki, general Melikov əsas namizəddir. Baxmayaraq ki, güc strukturlarındandır və bu da Dağıstan kimi region üçün mühümdür. Maqomedovun qaytarılması da tamamilə ehtimal ediləndir», - mənbə agentliyə bildirib.
Jurnalist Maksim Şevçenko isə bildirir ki, Putin Dağıstan rəhbəri postuna kimitəyin etmək barədə artıq qərar verib, lakin özünəməxsus klassik pauza edərək klanların reaksiyasını yoxlayır. «Kreml yeni rəhbərin adını hələlik ona görə açıqlamır ki, Dağıstandakı bütün klanları və qruplaşmaları panikada saxlamaq istəyir», - jurnalist iddia edir.
Şevçenko qeyd edir ki, media məkanında Dağıstan rəhbəri postuna namizədlərin yarışının təşkil edilməsini izləmək gülməlidir. Belə ki, klanlar öz namizədlərinin adlarını KİV-lərə sızdırırlar və onların təbliğatını qurmağa çalışırlar, düşünürlər ki, birdən Kremlin qərarına təsir edər. Əslində isə Putin Dağıstanın yeni rəhbərini çoxdan müəyyən edib.
«Bütün qruplaşmalar və klanlar panika içərisindədir ki, birdən onların düşmənini təyin edərlər. Putin isə heç kimin gözləmədiyi adamı təyin edəndə onlar yüngülləşəcəklər, bunu kompromis namizəd kimi qəbul edib düşünəcəklər ki, yaxşı oldu, düşmənimizi təyin etmədilər. Qısaca olaraq Kreml «stavka»nı qaldırır və iddiaçılara va-bank getməyi təklif edir. Lakin yaddan çıxarmaq lazım deyil ki, qumardan ancaq kazino qazanır», - Şevçenko yazır.