Hədəyə hədə ilə cavab
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
16:14 | 18 oktyabr 2017 | Çərşənbə
Məqaləyə 2429 dəfə baxılıb
Şriftin ölçüsü
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Avropanın mərkəzində müharibə qorxusu
Ukrayna ordusunda çinlilər də döyüşür
Planlaşdırılan Budapeşt görüşü siyasi parçalanma yaratdı
Sergey Lavrov və Zərif arasında qarşıdurma
Çin isə Trampın əsas tələbləri ilə razılaşmadı, əksinə ...
Vladimir Putin hələ 2018-ci il seçkilərinə namizədliyini açıqlamayıb. Lakin kulislərdə onun namizədliyinə və seçilməsinə hazırlıq tam sürətlə davam edir.
Putinin müəmmalı susqunluğu mətbuatda, xüsusilə də Qərb mediasında ciddi maraq oyadıb.
«Putin 2000-ci ildən bu yana prezident vəzifəsini tutur. Sadəcə 2008-2012-ci illər arasında o, 4 illik «baş nazirlik pauzası» götürüb. Bəlkə o, artıq prezident səlahiyyətlərinin yükündən yorulub?», - Almaniyanın «Bild» qəztindən Filip Piatov yazır.
Məqalə müəllifi bunu az ehtimal hesab olunan versiya hesab edir. O, Kremlin Putinin seçilməsi üçün 70/70 formulu, yəni əhalinin 70 faiz iştirakı ilə 70 faiz səs almaq layihəsi üzərində ciddi şəkildə səy göstərdiyini yazır. Bunu Prezident Adminitrasiyasının nüfuzlu nümayəndəsi Sergey Kiriyenko da öz dili ilə təsdiq edib.
Filip Piatov bunun üçün Kreml funksionerlərinin Putinin partiya adından deyil, müstəqil namizəd olaraq göstəriləcəyini iddia edir. Kreml strateqlərinin fikrincə, Putindən fərqli olaraq «Vahid Rusiya»nın aşağı reytinqi prezidentin də populyarlığına da ciddi şəkildə mənfi təsir göstərə bilər.
Piatov bu yaxınlarda üst-üstə baş verən qubernator istefalarını da seçkiyə hazırlıq olaraq dəyərləndirib.
«Putini çox güman ki axırıncı olacaq ağır prezidentlik dövrü gözləyir. O bilir ki, bundan sonra onun hörməti əvvəlki səviyyədə qalmayacaq. Buna isə xüsusi olaraq hazırlaşmaq lazımdır», - siyasi ekspert Andreas Umland müəllifə bildirib.
Məqalədə Putinin siyasi həyatında ilk dəfə insanları bütün ölkə boyu səfərbər edə bilən və qurduğu internet strategiyası sayəsində Rusiya gəncliyi arasında olduqca populyarlaşan bir rəqibə də rast gəldiyi vurğulanır. Həmin adam 41 yaşlı Aleksey Navalnıdır.
Umlandın fikrincə, 2018-ci ildə Navalnının heç bir şansı yoxdur. Onu heç seçkiyə də buraxan deyillər.
«Rusiyada yalançı çoxpartiyalılıq rejimi hökm sürür. Navalnı yeganə adamdır ki, Putinin ölkədə qoyduğu qaydalarla oynamır. Elə onun əsas məqsədi 2018-ci il seçkilərindən istifadə etməklə əslində 2024-cü ilə hazrlaşmaqdır», - politoloq bildirir.
«Bloomberg» agentliyi isə Kreml daxilində siyasi savaşların indidən qızışdığını xəbər edir. Hazırda kulislər arxasında baş nazir Dmitri Medvedevin ətrafında gərgin mübarizə hökm sürür.
Onlar Aleksey Navalnının «youtube»-da yayımladığı Dmitri Medvedevin korrupsiya əməllərini ifşa edən «O sizin üçün Dimon deyil» adlı araşdırma xarakterli sənədli süjetinə də daxili mübarizənin təzahürü kimi baxırlar.
«Ola bilər ki, mart seçkilərindən sonra Putin artıq Medvedevə əvvəlki kimi dəstək verməsin. Lakin yaxın zamanlarda prezident də ehtiyat tədbirlərini görmək məcburiyyətində qala bilər»,- «Bild»in məqaləsində yazılıb.
Andreas Umlandın fikrincə, sistem tamamilə Putin üzərində və onun üçün qurulduğuna görə olduqca qeyri-sabitdir. Məhz buna görə də ekspert Navalnı üçün ciddi şans doğduğunu yazıb. «Əgər varis axtarışında problem meydana çıxsa Navalnı özünü dərhal irəli atacaq», -politoloq yekunda qeyd edir.