Hədəyə hədə ilə cavab
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
00:41 | 20 oktyabr 2017 | Cümə
Məqaləyə 2083 dəfə baxılıb
Şriftin ölçüsü
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Ukraynanın İsveçdən almağa hazırlaşdığı 150 hərbi təyyarənin özəllikləri
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Avropanın mərkəzində müharibə qorxusu
Ukrayna ordusunda çinlilər də döyüşür
Planlaşdırılan Budapeşt görüşü siyasi parçalanma yaratdı
Sergey Lavrov və Zərif arasında qarşıdurma
Rusiya prezidenti Vladimir Putin bu gün «Valday» diskussiya klubunda suallara cavab verərkən iki maraqlı fikir bildirib. Kreml sahibinin birinci fikri: «Donbasın statusu bəlli olmadan biz Ukrayna-Rusiya sərhədinin nəzarət altına alınmasının əleyhinəyik. Çünki biz Srebrenitsa qətliamının Ukraynanın şərqində təkrarlanmasını istəmirik.
Biz buna yol verə bilmərik». Bu cümlələrdə iki önəmli etiraf var. Birincisi, Rusiya prezidenti etiraf edir ki, serblər Srebrenitsa şəhərində müsəlmanları soyqırıma məruz qoyublar. Çünki Moskva adətən serblərin keçmiş vəhşiliklərini görməzdən gəlirdi. Ruslar adətən Srebrenitsa qətliamından danışmağı xoşlamırlar. İkincisi, Rusiya prezidenti etiraf edir ki, Ukraynanın şərqindəki separatçılar Rusiyadan real dəstək alırlar, əks halda, yəni sərhəd nəzarət altında olsa onlara hərbi yardım mümkün olmayacaq. Moskva isə Ukraynadakı rus separatçıların məğlub olmasını istəmir, tam əksinə Ukrayna ərazisində ikinci Qarabağı gücləndirmək yolunu tutub.
Putinin ikinci fikri də maraqlıdır: «Mən 1990-cı illərin sonunda hələ baş nazir olanda ABŞ-ın ozamankı prezidenti Bill Klintona təklif etmişdim ki, Rusiyanı NATO-ya qəbul etsinlər». Bu yeni fikir deyil. Putin bunu bir dəfə də səsləndirib. Putindən əvvəl isə bu fikri xeyli öncə Kreml sahibinin danışan dili Vladimir Jirinovski səsləndirmişdi. Bu cümlədə də zəruri etiraf var. Putin bu təklifi səsləndirərkən baş nazir idi, Rusiyada isə əsas söz sahibi prezidentdir. O zaman prezident Boris Yeltsin idi. Ancaq Yeltsin artıq ağır xəstə idi və idarəetmə Putinin əlində cəmləşirdi. Putin son açıqlamasınsda məhz ona işarə edib ki, Yeltsinin prezidentliyinin son ilində ölkəni dövlət başçısı deyil baş nazir idarə edib. Doğrudur Yeltsinin istefasından sonra Putin qısa müddət prezidentin səlahiyyətlərini icra edib. Ancaq prezident seçilmədən xarici siyasətdə ciddi korrektə etmək nə dərəcədə Rusiyanın maraqlarına cavab verirdi? O ki qaldı, Rusiyanın NATO-ya üzv olmaq istəyinə, bu Moskvanı Şimali Atlantika Blokunu daxildən dağıtmaq üçün ortaya atılmış təklif idi. Bu təklif farsdır. Rusiyanın belə bir niyyəti olmayıb və yoxdur. Klinton Putinə «hə» deyib Rusiyanın NATO üzvlüyünə yaşıl işıq yandırsaydı, Putin nə Gürcüstana müdaxilə edə bilərdi, nə də Ukraynanı parçalayıb Krımı işğal edərdi. Ona görə də Kreml NATO üzvlüyündənsə, ənənəvi «parçala və hökm sür» siyasətinə üstünlük verir.