
Putin göz qorxudur
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya 90 min avronun qarşılığında NATO-dan 1.2 milyon qopardı
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
... SSRİ dövründə Xəzər dənizini ikiyə bölmək istəyiblər
Sosial mediada yayılan istefa iddiaları Kremldən idarə olunurmuş
Lutnik: “Yeni Dehli ilə ticarət anlaşması Rusiyadan neft ticarətinə bağlıdır”
Polşada həyəcan, uçuşlar dayandırıldı
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Polşa sərhədində PUA həyəcanına NATO tədbir görməlidirmi?
ABŞ və AB enerji sanksiyaları ilə Rusiyanı hədəf aldı
Dövlətlər sarsıntıdan hələ də özlərinə gəlməyib
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
Əgər Qərb addımlarını sərtləşdirməsə, ...
“Putinə təzyiq etmək üçün Hindistan və Çinə 100% gömrük vergisi tətbiq edin”
AB şərq qanadının təhlükəsizliyini gücləndirməyi planlaşdırır
Rusiya prezidenti Vladimir Putin açıq etiraf edir ki, iqtisadi sanksiyalar «ölkəyə ciddi ziyan vurur». 2014-cü ildə Kreml Krımı qanunsuz ilhaq edəndən sonra qoyulan sanksiyalar Rusiya xarici siyasətinin əsas hədəfinə çevrilib, hətta ola bilsin, ötən il ABŞ-da prezident seçkisinə iddia olunan müdaxiləyə də həvəsləndirib. «Foreign Policy» dərgisində Villanova Universitetinin siyasi elmlər üzrə dosenti Mark Lorens Skard (Mark Lawrence Schrad) yazır ki, Qərbin sanksiyalarının Rusiyanı demoqrafik uçuruma itələdiyini düşünməyə əsas var.
10-15 faiz az uşaq
Müəllif hazırda Rusiyada qeyri-adi bir prosesin getdiyini vurğulayır: rusiyalılar bu il ötənilkindən daha az uşaq dünyaya gətiriblər. Bunu Rusiya Federal Dövlət Statistika Xidmətinin məlumatına əsasən demək olar. Görünən odur ki, son 12 ayın 11-də ötən illə müqayisədə yeni doğulan uşaqların sayında ciddi azalma qeydə alınıb, 10-15 faiz az uşaq dünyaya gəlib.
Ötən il Rusiyada 1 milyon 893 min 237 doğuş qeydə alınıbsa, bu ilin yanvarından avqustunadək həmin rəqəm 1 milyon 131 min 543 olub.
Müəllif bu azalmanın səbəbini Qərbin iqtisadi sanksiyalarında görür, iqtisadi sanksiyaların ölkədə yoxsulluq səviyyəsini və iqtisadi qeyri-müəyyənliyi artırdığını yazır. Sonucda rusiyalılar daha az övlad sahibi olmağa meyllənirlər.
2014-cü ildə Ukraynanın Krım vilayətinin ilhaqından sonra ABŞ və Avropa Birliyi Moskvaya sanksiyalar qoydu. Dünyada neftin də eyni vaxtda ucuzlaşması 2015-ci ildə Rusiyada ÜDM-ni 3,7 faiz azaltdı, ölkədən kapital axınını və büdcə defisitini gücləndirdi, rubl dollara qarşı 50 faizdən çox ucuzlaşdı. İşsizlik kəskin artdı, yoxsulluq içində yaşayan rusiyalıların sayı da kəskin yüksəldi – 2013-cü ildə 15,5 milyon idisə, 2016-cı ildə 19,8 milyona çatdı.
2050-ci ildə 15-ci yerdə
«Rusiyada yeni doğulan uşaqların azalmasının bir səbəbi də uzunmüddətli demoqrafik trendlər ola bilər», müəllif belə düşünür. 25 il öncə kommunizm dağılanda özüylə təkcə Sovet İttifaqını aparmadı, misli görünməmiş demoqrafik fəlakətə də yol açdı. 1990-cı illərdə Boris Yeltsinin hakimiyyəti dövründəki iqtisadi depressiya ölkədə ölüm səviyyəsini kəllə-çarxa çıxardı, doğuşsa kəskin düşdü.
«1990-cı illərdə qız uşaqlarının az doğulması bu gün potensial anaların azlığı deməkdir və bunu demoqraflar illərdi gösləyirdilər. Bu gün şahidi olduğumuz odur ki, Rusiyada əhalinin uzun müddətə azalması qaçılmazdır, 2050-ci ildə Rusiya əhali sayına görə 15-ci yeri tutacaq, Filippin və Tanzaniyadan sonra gələcək», – məqalədə deyilir.
Müəllif Rusiyanın demoqrafik çöküşünün real olduğunu, amma Qərbin sanksiyalarının onu da sürətləndirdiyini qeyd edir.