
Lukaşenkonun hiyləgər gedişləri
Belarus prezidenti özünə xələf hazırlayıb?
Belarus prezidenti özünə xələf hazırlayıb?
Lukaşenko Zelenskini təhqir edib
Lukaşenko: “Əgər sülh istəyirsənsə, ...”
Rusiya prezidenti müharibə başlayandan bəri ilk xarici səfərə yollanır
2023-cü ildə gedəcəyi sanatoriyadan, yəqin ki, Rusiya lideri kimi çıxmayacaq
Zaman onun müttəfiqdən çox vassal kimi davranmasına şahidlik edir
Lukaşenkonun çıxışı xarici işlər nazirini pis vəziyyətdə qoydu
“İnciyən dövlət”lər dedikdə kimlər nəzərdə tutulub?
Erməni deputatlar Lukaşenkoya hiddətləndilər
Lukaşenko: “Koronavirus siyasətə çevrilib”
Putinin MDB prezidentlərindən biri ilə bağlı narazılığı artır...
... Yaxud biz Qərb üçün nə qədər önəmliyik?
... və MDB liderlərinin nəzərə almadığı məqamlar...
“Əgər intizamlı deyilsə, içib işə gəlirsə, işdən qalırsa, bu necə nazirdir?”
Lukaşenko: “Belarus heç vaxt Rusiyanın bir hissəsi olmayacaq”
Lukaşenko: “Bizi ya diz çökdürəcəklər, ya da …”
Belarus parlamenti kütləvi tədbirlər haqqında qanun layihəsinə ediləcək yeni dəyişiklikləri müzakirə etməyə hazırlaşır. Ölkə mediası isə «KİV haqqında» qanuna ediləcək dəyişiklikləri həyəcanla gözləyir. Hər iki qanuna ediləcək dəyişiklikləri ekspertlər artıq indidən sərt adlandırırlar. Məlumat üçün bildirək ki, sentyabrda hökumət kütləvi aksiyalar haqqında qanunvericiliyə dəyişikliklər barədə qanun layihəsini təqdim edib. Parlamentin payız sessiyasında ona baxılacağı gözlənilir. Sənəddə kütləvi etiraz aksiyalarında iştirakı məhdudlaşdıran yeniliklər çoxdur. Məsələn, barələrində məhkəmə qərarları olan şəxslərin kütləvi tədbirlərdə iştirakının qadağan edilməsi təklif edilir. Barələrində məhkəmə qərarları olmayan belaruslu müxalifətçi isə demək olar ki, yoxdur. Bu o deməkdir ki, həmin şəxslər aksiyalara qatıla bilməyəcəklər. Jurnalistlərə isə açıq rəngli jilet və qol sarğıları taxmaq məcburi hal hesab edilir. Ən çox müzakirə olunan və müxtəlif cür qiymətləndirilən məsələ kütləvi etiraz aksiyalarının keçirilməsi üçün icazə ilə bağlıdır. Yəni artıq aksiya keçirmək istəyənlər mütləq ərizə ilə müraciət etməlidirlər. Aksiyaların keçirilməsi üçün vahid yer də müəyyən olunur. Belə bir yer kimi Dostluq parkı seçilir.
Ekspertlər qeyd edir ki, Belarusda kütləvi etiraz aksiyalarına qadağaların tətbiqi elə-belə deyil. Son vaxtlar ölkədə sosial narazılıq artır, əmək haqları, gəlirlər azalır. Belə olan halda etiraz aksiyalarına gələnlərin də sayı avtomatik olaraq artır. Müxalifət yaranmış vəziyyətdən yararlanmağa çalışır, əhalini aksiyalara siyasi deyil, iqtisadi şüarlarla çıxmağa çağırır. Lakin praktika göstərir ki, belarusların etiraz potensialı faktiki mövcud deyil. Bu yaxınlarda keçirilən «Qəzəblənən belarusların marşı-2» aksiyasına yalnız siyasilər və ictimai fəallar gəliblər. Sadə vətəndaşlar aksiyada iştirak etmək istəməyiblər. Belarus Milli Konqresi tərəfindən təşkil edilən aksiyanın keçirilməsinə səbəb qiymət artımı və ordudakı özbaşınalıq olub. Buna baxmayaraq, hakimiyyət əlavə ehtiyat addımlar atmaq qərarına gəlib.
Yerli media ekspertlərinin qənaətincə, sərtləşmə tədbirləri yaxın perspektivdə onlara da şamil olunacaq. Onları öz proqnozlarını təsdiq edən bir fakt - prezident Aleksandr Lukaşenko yeni informasiya naziri vəzifəsinə Aleksandr Karlyukeviçi təyin edib. Bu şəxs elə ilk bəyanatında bəyan edib ki, internetin, xüsusən də sosial şəbəkələrin nizamlanmasına ehtiyac duyulur. Son həftələr Belarusda yaşanan hadisələr bu müasir qüvvənin necə bir güc olduğunu göstərmiş oldu. Söhbət orduda yaşanan «dedovşina» hallarının sosial şəbəkələrdəki müzakirələrindən gedir. Məhz «facebook»da gedən müzakirələrdən sonra bu məsələ ictimailəşdi. Politoloq Valeri Karbaleviç bildirir ki, əvvəlcə hüquq-mühafizə orqanları əsgər ölümünün sui-qəsd olduğunu iddia edirdilər. Lakin sosial şəbəkələrdən bəlli oldu ki, əsgəri döyüb öldürüblər. Bundan sonra müdafiə nazirinin istefası tələb olundu. Hələ ki, prezident məsələyə münasibət bildirməyib. Hazırda hərbi hissədə təmizləmələr aparılır. Hərbi hissənin rəhbəri də vəzifəsindən artıq azad edilib. Qeyd edək ki, «KİV haqqında» qanuna ediləcək dəyişikliklərin məzmunu hələ ki, geniş ictimaiyyətə məlum deyil. Belarus Jurnalistlər Assosiasiyasının rəhbəri Andrey Bastuneç qeyd edib ki, əvvəlki dəyişikliklər də KİV üçün sürpriz olub. «O vaxt tək BJA deyil, elə deputatlar da dəyişikliklərlə parlamentin iclasında tanış oldular. Deyəsən, indi də belə olacaq». Ekspertləri narahat edən odur ki, hakimiyyət sosial şəbəkələri KİV-ə bərabər tutmaq istəyir, lakin bunu necə etmək təsəvvürləri mövcud deyil.
Yeri gəlmişkən, müxalifət Qərbi Lukaşenkoya qarşı loyallıq nümayiş etdirməkdə ittiham edir. Onların qənaətincə, nəticədə Lukaşenko müxalifətə qarşı təzyiqlərinin artırmağa müvəffəq olub. Bəziləri isə hesab edir ki, rəsmi Minskin belə bir sərt dəyişiklik etməsinə səbəb Qərblə münasibətlərin yenidən soyumasıdır. Belə ki, Avropa İttifaqının genişlənmə üzrə komissarı Yohanes Hanının oktyabrın 17-nə Minsk nəzərdə tutulan səfəri bəlli olmayan səbəblərdən təxirə düşüb. Rəsmi məlumatda səfərin başqa tarixə keçildiyi bildirilsə də, Minskdə başqa cür düşünürlər. Onların qənaətincə, Qərbdə yenə də Lukaşenkoya inam azalıb. Ötən şənbə Minskdə keçirilən aksiyada 40 nəfərin saxlanılması da Qərbin xoşuna gəlməyib.