Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
23:22 | 11 noyabr 2017 | Şənbə
Məqaləyə 828 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Rusiya prezidenti Vladimir Putinin yaxın dostu, oliqarx və keçmiş KQB agenti Cənubi Afrika Respublikasının prezidenti Ceykob Zumaya bir təyyarə dolu nağd pul göndərib.
Virtualaz.org xəbər verir ki, həmin pullar aeroportda müsadirə olunandan sonra yoxa çıxıb.
Bu fakt jurnalist-təhqiqatçı Jak Paunun «Prezidentin hamiləri: Zumanı hakimiyyətdə və həbsxanadan kənarda saxlayanlar kimlərdir» adlı kitabında yer alır. Kitabdan həmin hissəni «The Times» dərc edib.
Bildirilir ki, pullar 2011-ci ildə Ceykoz Zumanın şəhərətrafı malikanəsinə tibbi ləvazimatların və dərmanların çatdırılması üçün Rusiyadan göndərilən özəl təyyarədə olub. Təyyarə prezidentin paytaxt Durban ətrafındakı Nikandla qəsəbəsi ətrafındakı malikanəsinə yaxın aeroportda yerə enib.
«Təyyarə və içərisindəki yük zəngin rusiyalı biznesmen, keçmiş KQB agenti və Putinin yaxın tərəfdaşı tərəfindən göndərilmişdi», - məqalədə deyilir.
Pau bildirir ki, prezident Ceykoz Zumanın yaxın dostu təyyarədəki yükü almaq üçün aerportla əlaqə saxlayıb. Lakin dövlət təhlükəsizliyi naziri Siyabonqa kvele bildirib ki, yükün məzmunu dövlət təhlükəsizliyi məsələsidir və yük müsadirə olunur.
«Təyyarədə böyük həcmdə nağd pul, paçkalarla pul var idi. Olduqca çox idi», - Cənubi Afrika Respublikasının vergi xidmətindəki mənbə Pauya bildirib.
Bundan bir neçə ay sonra rusiyalı biznesmen CAR-a gedir və prezident Zuma ilə onun şəhərətrafı iqamətgahında görüşür, prezidentə həmin təyyarədəki mobil klinikanı hədiyyə edir.
«Zumanın Rusiya ilə əlaqələri diqqəti cəlb edir. Hesab edilir ki, Zuma 2010-cu ildə Moskvaya səfəri zamanı Putinlə görüşündə CAR-da 8-ə qədər Atom Elektrik Stansiyasının tikilməsi barədə razılaşma əldə edib. Bu stansiyalar CAR-ın köhnəlmiş kömür elektrik stansiyalarını əvəz etməliydi. Bir sıra nazirlər bu planı əngəlləməyə çalışıb, onlar bərpa olunan enerji mənbələrindən istifadədə israr edib. Lakin Zuma onları başqa vəzifələrə keçirib və ya işdən çıxarıb», - kitabda deyilir.