Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
21:15 | 23 noyabr 2017 | Cümə axşamı
Məqaləyə 2640 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Noyabrın 22-də Rusiya baş nazirinin müavini Dmitri Roqozin Britaniyada 2018-ci ildə keçiriləcək Farnboro aviasiya şousunun təşkilatçılarını bu tədbirə Rusiya hərbi təyyarələrinin buraxılmaması qərarına görə tənqid edib.
Roqozin özünün «Facebook» səhifəsində yazıb: «Qonaqları Suriyadakı müharibənin nəticəsində həlledici rol oynamış ən yaxşı döyüş aviasiyasını görməkdən məhrum etmək axmaqlıqdır».
Bundan bir gün əvvəl Rusiyanın «TASS» dövlət xəbər agentliyi bildirmişdi ki, Farnboro hava şousunun təşkilatçıları gələn ilki tədbirdə Rusiyanın iştirakını qadağan ediblər.
Farnboro aviasiya şousunun təşkilat komitəsinin bəyənatında deyilir: «Biz Rusiyadan silah və hərbi avadanlıq ixracına Avropa İttifaqının embarqosu ilə bağlı Britaniya hökumətinin Eksporta Nəzarət Təşkilatının göstərişlərinə uyğun şəkildə qərar çıxarırıq. Biz ENO-nun qaydalarına uyğun olan bütün ölkələrin şouda iştirakını təmin edirik».
Bu arada Rusiyanın «RIA Novosti» agentliyi Britaniya Eksporta Nəzarət Təşkilatına istinadən xəbər verib ki, hazırda Rusiyadan silah və hərbi avadanlığın idxal və ixracını qadağan edən Avropa İttifaqı embarqosu qüvvədədir.
«TASS» bildirir ki, 2016-cı ilin Farnboro şousunda Rusiyanın iştirakı minimum olub. «Roskosmos» bu şouya nümayəndə heyəti göndərsə də, avadanlıq göndərməmişdi. Rusiyanın silah ixracatçısı «Rosoboronexport» bu tədbirdə iştiraka maraq göstərməmişdi.
Agentliyin məlumatına görə 2014-cü ilin şousu zamanı Ukraynadakı geosiyasi vəziyyətlə bağlı Rusiya nümayiəndə heyətinin yarısına Britaniya vizalarının verilməsindən imtina edilmişdi.
«TASS» yazır ki, 2015-ci ildə Britaniya «Roskosmos»un nümayəndə heyətini yerli müdafiə sərgisinə buraxmadıqdan sonra, Rusiya kosmik agentliyi 2016-cı ilin Farnboro aviasiya şousunda iştirakdan imtina etmişdi.
Farnboro şousu dünyanın ən mötəbər beynəlxalq aviasiya tədbirlərindən biridir.
Şou İngiltərənin Hempşir qraflığındakı Farnboro şəhərinin aerodromunda keçirilir.
2018-ci ilin şousu iyulun 16-22-də keçiriləcək.