Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
19:35 | 27 noyabr 2017 | Bazar ertəsi
Məqaləyə 2698 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
«Rosneft»in başçısı İqor Seçin dəfələrlə Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayevə hədiyyələr verib. Virtualaz.org «Lenta.ru»ya istinadən xəbər verir ki, bu barədə Ulyukayev barəsində qaldırılmış cinayət işi üzrə məhkəmənin növbəti iclasında danışıb.
«İki, ya üç dəfə o (Seçin), özü yanıma iri çanta ilə gəlmişdi. Bunlar həcmli hədiyyələr idi – ya ailə saatı, ya da neft buruğu maketi. Anladığım qədər bu, işgüzar etiketin norması idi», - Ulyukayev məhkəmədə deyib.
Keçmiş nazir qeyd edib ki, bir dəfə də Seçin onun yanına iri çanta ilə gələndə heç nədən şübhələnməyib. Ulyukayevin sözlərinə görə, bundan əvvəlki görüşlərində «Rosneft»in rəhbəri ona söz veribmiş ki, elə «əla şərab»a qonaq edəcək ki, həmin şərabı nazir «heç vaxt dadmayıb». Buna görə də, Ulyukayev güman edib ki. çantadakı şərabdır.
Ulyukayev onu da deyib ki, rəsmi bayramlarda «Rosneft»dən ona «hədiyyə səbətləri» yollayıblar.
«Mən isə ona yalnız bayram açıqcaları göndərirdim», - İqtisadi İnkişaf Nazirliyinin sabiq başçısı vurğulayıb. O həmçinin əlavə edib ki, Seçinlə normal rəsmi münasibətdə olub, ona qarşı heç vaxt ədavəti olmayıb.
Xatırladaq ki, Ulyukayev 2016-cı ilin noyabr ayında «Rosneft»dən 2 milyon dollar rüşvət tələbi ittihamı ilə həbs olunub. Saxlanılan vaxt nazirin kabinetindən içərisində 100 dollarlıq əskinaslarla 2 milyon dolların olduğu iri çanta aşkarlanıb.