Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
17:19 | 11 dekabr 2017 | Bazar ertəsi
Məqaləyə 3114 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Bu gün Rusiya prezidenti Vladimir Putin Suriyadakı Hmeymin hərbi bazasına gedərək qoşun kontingentinin bu ölkədən çıxarılmasına dair əmrini elan edib. «RİA Novosti» xəbər verir ki, Putin Rusiya qoşun kontingentinin qarşısındakı çıxışı zamanı deyib: «Müdafiə nazirinə, Baş qərargahın rəisinə əmr verirəm ki, Rusiya qoşun qruplaşmasının çıxarılmasına və daimi dislokasiya yerlərinə çatdırılmasına başlasınlar».
Putin qeyd edib ki, Rusiya silahlı qüvvələri və Suriya ordusu iki ildən bir qədər artıq müddətdə beynəlxalq terrorçuların «ən döyüş qabiliyyətli qruplaşmasını» darmadağın edib. «Bununla əlaqədar olaraq mənim tərəfimdən qərar qəbul olunub ki, Suriya Ərəb Respublikasında yerləşdirilmiş qoşun kontingenti evə, Rusiyaya qayıtsın», - Putin deyib.
Rusiya prezidenti hərbi bazadakılara təşəkkür bildirib. Onların evə qələbə ilə qayıtdıqlarını bildirib. «Dostlar, vətən sizi gözləyir. Yaxşı yol. Xidmətə görə təşəkkürlər. Əgər terrorçular yenidən baş qaldırmağa cəsarət etsələr biz onlara elə zərbə vuracağıq ki, indiyə qədər görməyiblər», - Putin deyib.
Putini Xmeymin bazasına səfərdə Suriya diktatoru Bəşər Əsəd, Rusiya müdafiə naziri Sergey Şoyqu, Rusiya qoşun qruplaşmasının komandanı Sergey Surovkin müşayiət ediblər.
Rusiya 2015-ci ilin sentyabrında Suriyada hava əməliyyatlarına başlayıb, Hmeymim aviabazasını yaradıb, daha sonra xüsusi təyinatlılardan və muzdlulardan ibarət quru qoşun kontingenti yeridib.
***
14:07
Rusiya prezidenti Vladimir Putin Suriyaya səfər edib. Virtualaz.org bildirir ki, məlumatı TASS yayıb.
Qeyd olunur ki, onu Rusiyanın Hmeymim bazasında Suriyanın prezidenti Bəşər Əsəd, Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Suriyadakı Rusiya hərbi qüvvələrinin komandanı Sergey Surovikin qarşılayıblar.
V.Putin şəxsi heyətlə görüşü zamanı Rusiya qoşun qruplaşmasının Suriyadan çıxarılması barədə əmr verib.
"Müdafiə nazirinə, Baş Qərargah rəisinə Rusiya qoşun qruplaşmalarının çıxarılmasına başlanmasını və daimi dislokasiya məntəqəsinə göndərilməsini əmr edirəm", - deyə Vladimir Putin çıxışında bildirib. (Virtualaz.org)