Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
10:46 | 5 fevral 2018 | Bazar ertəsi
Məqaləyə 3558 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Rusiyada martın 18-də keçiriləcək prezident seçkisində namizədlərin sayı çox olsa da prezident Vladimir Putinə qalib gələcək rəqibi demək olar ki, yoxdur. Ölkədə narazılıqlar və seçkiyə buraxılmayan əsas rəqib Aleksey Navalnının boykot hərəkatı genişlənsə də əksər siyasi təhlilçilər Vladimir Putinin qələbəsinin bəri başdan bəlli olduğunu bildirirlər. Hər kəs bu fikirdədir ki, seçkidə V.Putin qalib gələcək və qarşıdakı 6 ildə də Rusiyaya o rəhbərlik eləyəcək.
V.Putinin seçkidən sonrakı 6 illik hakimiyyəti dönəmində əsas hədəfinin nə olacağı barədə də müxtəlif mülahizələr yürüdülür. Bu barədə şərhində politoloq Qabil Hüseynli öncə bildirdi ki, Vladimir Putinin prezident kürsüsünü əldə saxlayacağı indidən bəlli olsa da seçkilər heç də rəvan keçməyəcək: «Əvvəla, seçkilərdə kvorum məsələsi ciddi problemə çevrilə bilər. Seçki komissiyaları seçkini saxtalaşdırıb hər hansı bir rəqəmi elan etsə də, seçkinin boykot edilməsi taktikası təkcə Aleksey Navalnı yox, müxalifətin əksəriyyət hissəsi tərəfindən də müdafiə olunacaq. Amma sözsüz ki, Putin nəyin bahasına olur-olsun prezidentliyini qoruyub saxlayacaq. Mənim zənnimcə, Qərb onun hakimiyyətini legitim hakimiyyət kimi tanımayacaq və seçkinin nəticəsini etibarsız elan edəcək. Düzdür bu, yenə də Putini dayandırmayacaq. Amma məncə, belə gərgin seçkilərdən çıxmış Putin siyasi xəttini əvvəlki kimi əzmkarlıqla və cəsarətlə davam etdirmək imkanlarına malik olmayacaq. Qərb ölkələri hər vasitə ilə seçkinin tanınmadığını, Putinin qeyri-qanuni seçkilər yolu ilə hakimiyyətdə qaldığını, hakimiyyətin qeyri-legitim olduğunu bəyan edə-edə paralel olaraq Rusiyanın həm daxili, həm xarici mövqelərini nəzarət altına götürərək, bu istiqamətdə ciddi iş aparacaq. Qərbin tətbiq etdiyi sanksiyalar siyasətinin davam etdirilməsi gözlənilir. Hətta seçkilərə qədər yeni bir sanksiya formasının tətbiq edilməsi barədə də fikirlər gəzir.
Fevralın 2-dən qüvvəyə minən sanksiyalar artıq cəmiyyətdə ciddi tərəddüdlər yaratmağa başlayıb. Bu tərəddüdlər arasında dedi-qodunun çoxalması ilə, əhali arasında isə vəziyyətin gələcəkdə daha pis olacağı söz-söhbətləri ilə genişlənməkdədir. Qərb belə hesab edir ki, Putinin tərəfdarlarını - istər hakimiyyətdəki tərəfdarları olsun, istərsə də onun hesabına milyardlar qazanıb oliqarxlara çevrilmiş insanların müəyyən qismini Putinin ətrafından uzaqlaşdırıb komandanın birliyini poza və cəmiyyətdə bölünmənin başlanğıcını qoya biləcək. Qərb həmçinin müxalifətlə, eləcə də milli azlıqlarla da işləmək taktikasına ciddi əhəmiyyət verəcək. Seçkidən sonra Aleksey Navalnı və digər müxalif qüvvələr də sakit dayanmayacaq. Etirazlar dalğası başlayacaq. Beləliklə, proses çox ciddi məcraya yönələ bilər. Dediyim odur ki, belə bir durumda Putinin enerjisinin böyük hissəsi daxili sabitliyə nail olmağa, etiraz edən milli azlıqların və seçkinin nəticələrindən narazıların etirazlarını dəf etmək işinə gedəcək».
Politoloq vurğuladı ki, indiyə qədər Putin Avrasiya İttifaqı kimi qurumları yaradıb genişləndirməyə ciddi enerji xərcləyirdi. Eyni zamanda müxtəlif bölgələrə hərbi müdaxilə edirdi. Seçkidən sonra bunlar əvvəlki səviyyədə olmayacaq: «Putinin başı daha çox Rusiyanın öz daxilinə və Qərbdən gələn hücumlardan qorunmağa qarışacaq. Seçkidən sonra Rusiya üçün çox ağır bir dövrün başlayacağını proqnozlaşdırmaq mümkündür. Belə şəraitdə əhalinin maddi rifah halı da aşağı düşəcək, nəticədə etiraz aksiyalarına meyllilik güclənəcək.
Bütün bunlar və digər faktorlar Putin hakimiyyətini zəiflədəcək. Belə şəraitdə mən inanmıram ki, Rusiya ciddi hədəflər uğrunda mübarizə apara bilsin. Belə şəraitdə Putinin hədəfinin yeni-yeni ölkələri öz təsiri altına almaq, Avrasiya İttifaqına cəlb etməklə köhnə SSRİ məkanının bərpa edilməsi olacağı inandırıcı görünmür. Bunlar Rusiyanın gündəliyində olsa da onu həyata keçirmək demək olar ki, mümkün olmayacaq. Hakimiyyətin başı daha çox daxili hədəflərə qarışacaq».
Etibar SEYİDAĞA