Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
12:38 | 23 fevral 2018 | Cümə
Məqaləyə 2308 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Amerika Birləşmiş Ştatları Rusiyanı Suriyanın Şərqi Quta regionunun bombalanmasına görə tənqid edib və deyib ki, Moskva bu ay Qutada 400-dən çox adamın ölümünə görə «xüsusi məsuliyyət» daşıyır.
ABŞ Dövlət Departamenti Rusiyanı Suriya hökuməti üzərindəki nüfuzundan istifadə edərək ölüm hallarını dayandırmağa çağırıb. Bu arada ABŞ diplomatları Dəməşq yaxınlıqdakı Qutada 30 günlük atəşkəs tələb edən qətnamənin qəbuluna çalışırlar. Səsvermə fevralın 23-də BMT Təhlükəsizlik Şurasında keçiriləcək.
«Ölümlər baş verməzdi»
Dövlət Departamentinin sözçüsü Hizer Noyert (Heather Nauert) Rusiyanı Suriya prezidenti Bəşər Əsəd və ordusunun əməliyyatlarını əngəlləmədiyinə görə ittiham edib. Qutadakı silahlılara qarşı əməliyyat bu ay başlanıb, Rusiya və Suriya Hələbin geri alınmasından ötrü keçirilən qanlı kampaniyanın burada təkrarlana biləcəyini bildiriblər.
«Suriyada baş verən dağıntının, ölümlərin, qətllərin dayandırılması üçün nə edirlər? Rusiya Suriyanı dəstəkləməsəydi, bu dağıntılar, ölümlər baş verməzdi», – Noyert Vaşinqtonda jurnalistlərə deyib.
«Bu, Rusiyanın orada baş verənlərdən ötrü xüsusi məsuliyyət daşıdığını göstərir», – sözçü deyib.
Noyert həmçinin Moskvanı müvəqqəti atəşkəsi hədəfləyən BMT qətnaməsini əngəlləməkdə suçlayıb. Belə bir atəşkəs Qutadakı dinc sakinlərə yardımın çatdırılmasına imkan verərdi.
Rusiyanın BMT-dəki səfiri Qərbin hazırladığı bu qətnaməni rədd edib, bu da fevralın 23-də keçiriləcək səsvermədə veto ehtimalını qabardır.
Səfir Vasily Nebenzya deyib ki, media və qərb ölkələri Qutadakı döyüşlər barədə «dezinformasiya kampaniyası» aparırlar, Əl-Qaidə qruplaşmasına bağlı minlərlə yaraqlının burada yaşaması kimi «xoş olmayan həqiqət»i gözardı edirlər.
«Rusiyaya bel bağlayır»
Noyertin sözlərinə görə, Qutadakı döyüşlər Suriyayla bağlı Rusiyanın sponsorluq etdiyi danışıqların alınmadığını göstərir. Həmin danışıqlarda şərqi Quta «de-eskalasiya zonası» kimi müəyyənləşdirilmişdi, orada döyüş səngiməliydi.
«Bu, həmin de-eskalasiya zonasına necə bir farsa çevrildiyini göstərir», – Noyert söyləyib.
ABŞ-ın iqtisadi və sosial məsələlər üzrə səfiri Kelli Kürri (Kelley Currie) isə BMT-də bildirib ki, Əsəd Qutadakı düşmənlərini «bombalamaqla, acından qırmaqla» tabe etdirmək istəyir, Hələbdə, Hamada, Homsda da belə davranıb.
Onun sözlərinə görə, Əsəd qüvvələri Qutada yaşayan «400 min nəfəri bombalayarkən, qazla boğarkən», Rusiyanın BMT-də onu dəstəkləyəcəyinə bel bağlayır.
Suriya ordusu fevralın 22-də Qutaya vərəqələr buraxıb, sakinləri öz təhlükəsizliklərinə görə buranı tərk etməyə, üsyançıları isə təslim olmağa çağırıb. Hökumət Hələbi mühasirəyə alanda oraya da oxşar vərəqələr buraxmışdı.
Suriyanın BMT-dəki səfiri Bəşər əl-Cəfəri (Bashar al-Ja'afari) BMT şurasında deyib ki, Quta «ikinci Hələb»ə çevriləcək.