Avropadan güclü gediş
Budapeşt görüşü sual altında
18:53 | 4 mart 2018 | Bazar
Məqaləyə 2748 dəfə baxılıb
Şriftin ölçüsü
Budapeşt görüşü sual altında
Trampa etiraz edənlər niyə heyvan paltarları geyinir?
Yeni bal zalı inşa edilir
Tramp administrasiyası ilə mübarizəyə hazırlaşan Aleksandr Sorosun həyat yoldaşı “Müsəlman qardaşları” ilə əlaqədə günahlandırılıb
Çarli Kirk sui-qəsdi dini oyanışa səbəb olub
Trampdan Kolumbiya prezidentinə ağır ittiham
Trampın Çindən tələbləri
Donald Tramp: “Əgər gömrük vergilərimiz olmasaydı, ...”
Dövlət Departamenti mühafizəkar fəalın ölümünə sevinən 6 nəfərin vizasını ləğv etdi
Tramp ticarət gərginliyi fonunda Çin barədə açıqlamalar verdi
Qədim qızıldərili mifologiyası gündəmdə
Tramp və Makron arasında gərgin dialoq iddiası: “İki lider mübahisə etdi”
Statistika məlumatlar təxirə salındı, FED hansı addımı atacaq?
ABŞ hökumətinin bağlanması iqtisadiyyata və kredit reytinqinə təsir edə bilər
Federal işçilərin işdən çıxarılmasına başlanacaq
Vergilər Pekinə cavabdır
Bu həftə Almaniya kansleri Angela Merkel və ABŞ prezidenti Donald Tramp arasında Suriyadakı müharibə və Rusiyanın nüvə silaharları haqqında telefon danışığından öncə, iki lider beş ay ərzində bir-biri ilə söhbət etməyiblər.
Atlantik Okeanının hər iki tərəfində olan diplomatlar bu müddətin həddindən artıq uzun olduğunu və bu ilin sonuna qədər koalisiya qurmağa müvəffəq olacağı halda Merkelə Tramp ilə münasibətlərini yenidən qurmağa çətinliklər yarada biləcəyini bildirirlər.
Sıx transatlantik münasibətlərin tərəfdarı olan Merkel qlobal maliyyə böhranı, İranın nüvə proqramı və Rusiyanın Krımı ilhaq etdiyi dövrdə sabiq ABŞ prezidentləri Barak Obama və Corc Buş üçün Avropada üz tutduqları əsas lider idi.
Lakin Almaniya liderinin Tramp ilə münasibətləri ilk günlərdən bəri çox soyuq olaraq qalır.
Təhlilçilər narahatdırlar ki, ticarət mövzusunda translatlantik gərginlik, İran nüvə sazişi və NATO-nun müdafiə xərcləri məsələlərində liderlər arasında olan fikir müxtəliflikləri ikitərəfli münasibətlərin pozulmasına gətirib çıxara bilər.
Almaniya hökuməti rəsmiləri Merkel və Tramp arasındakı «radio sakitliyin» əhəmiyyətini kiçildərək qeyd edirlər ki, kansler Almaniyadakı mürəkkəb koalisiya danışıqları dövründə xarici liderlərlə əlaqə saxlamağa nisbətə az vaxt ayıra bilib.
Onlar əlavə edirlər ki, Almaniya və Birləşmiş Ştatlar arasında hökumətin aşağı səviyyələrində münasibətlər möhkəm olaraq qalır.
Hər hansı xarici liderin Trampa təsir etmək imkanında olub-olmaması suallar doğurur. Trampın bu cümə axşamı polad və alüminiumə sərt tariflərin tətbiq etməsi ilə bağlı elanı Avropa müttəfiqlərini potensial ticarət müharibəsi siqnalları ilə şoka saldı.
Merkeldən fərqli olaraq, Tramp ilə soyuq münasibətlə başlayan Fransa prezidenti Emmanuel Makron daha sonra Amerika lideri ilə münasibətlərini yaxşılaşdıra bilib. İlk görüşündə Tramp ilə gərgin «əl sıxmaq yarışı» keçirmiş Makron, bir neçə aydan sonra ABŞ prezidentini Bastiliya Günü mərasimində iştirak üçün Parisdə qəbul edərək, onunla Eyfel Qülləsində şam edib.
Növbəti həftə Makron Vaşinqtona səfər edəcək. Bu, keçən il Trampın prezidentliyi başladığı vaxtdan bəri xarici liderin ilk rəsmi dövlət səfəri olacaq.
Rəsmilərin verdiyi məlumata görə, son beş ay ərzində Makron və Tramp yeddi dəfə telefonla danışıblar. Eyni dövr ərzində ABŞ prezidenti Britaniya baş naziri Tereza Mey ilə dörd dəfə danışıb.
ABŞ və Almaniya rəsmiləri cümə axşamı keçirilən telefon danışıqlarından öncə təsdiq ediblər ki, Merkel və Tramp keçən ilin 28 sentyabr tarixindən bəri danışmayıblar. Almaniya rəsmiləri kanslerin Obama və Buş il demək olar ki, hər həftə danışdığını və həmin dövrdə iki ölkə liderləri arasında susqunluğun bir aydan çox çəkmədiyini bildiriblər.