 
                                ŞƏT-in dalınca düşməkdənsə...
Türkiyə TDT-nın irəli sıçraması üçün bir an öncə hərəkətə keçməlidir
 12:48 | 18 fevral 2014 | Çərşənbə axşamı
                Məqaləyə 2781 dəfə baxılıb
                
                Şriftin ölçüsü
            					
            	
                12:48 | 18 fevral 2014 | Çərşənbə axşamı
                Məqaləyə 2781 dəfə baxılıb
                
                Şriftin ölçüsü
                 
                 
                	
                
                 
                                Türkiyə TDT-nın irəli sıçraması üçün bir an öncə hərəkətə keçməlidir
 
                                “Olimpiadalar insan kapitalının keyfiyyətini yüksəltməklə inkişafa təkan verir”
 
                                Şolzun Səmərqənd səfərinə sözardı
 
                                Səmərqənddən Qran-pri gətirmiş “Simurq” üzvlərinin təəssüratı
 
                                “Şərq təranələri”nin Qran-prisi üçüncü dəfə Azərbaycana qismət oldu
 
                                Aktual, düşündürücü, vacib mövzular ...
 
                                Özbək teatrının Bakıda nümayiş olunan “Qayınana”sı maraqla qarşılandı
 
                                Bu təkcə Rusiyaya deyil, Qərb üçün də arzuolunan deyil
 
                                Mirzoyoyev baş qərargah rəisini Qaraqalpaqıstana görə işdən çıxarıb?
 
                                Vaşinqton Qaraqalpaqıstan ölümlərinin müstəqil qaydada araşdırılmasını istəyir
 
                                Mərkəzi Asiyada vəziyyət yenidən qarışır
 
                                Özbəkistana qarşı təzyiq imkanları arasında praktiki baxımından iki rıçaq daha əlverişli görünür
 
                                Orta Asiya kimlər tərəfindən və niyə qarışdırılır?
 
                                Putin: “KTMT oyuncaq bir qurumdur, ondan ikiəlli yapışmayacağıq”
 
                                Özbəkistan separatizmdən qorunmaq istəyir
 
                                Özbəkistan görüşünün detalları ...
Özbəkistan xüsusi xidmət orqanları prezident İslam Kərimovun qızı Gülnarə Kərimovanın yaxın ətrafına daxil olan daha bir neçə şəxsi həbs edib.
Virtualaz.org saytı Orta Asiya qaynaqlarına istinadən xəbər verir ki, həsb olunanlar Gülnarənin «sağ əli» hesab edilən erməni Qayane Avakyan, Rüstəm Madumarov və Yekatrina Klyuyevadır. Onlar Gülnarə Kərimovaya məxsus olan və vergidən yayınmaqda, digər iqtisadi cinayətlərdə ittiham olunaraq bağlanan şirkətlərin işi üzrə cinayət işi çərçivəsində həbs ediliblər.
Həbs olunanlardan Rüstəm Madumarov Gülnarənin vətəndaş nikahında olan əri hesab olunur və mağazalar şəbəkəsini idarə edib. 2013-cü ilin payızında onu bir dəfə saxlayıb dindirmişdilər.
Erməni Qayane Avakyan isə G.Kərimovanın İsveç telekommunikasiya şirkəti «TeliaSonera»dan yüz milyonlarla dollar rüşvət alması işində əsas fiqurantlardan biridir. İsveç prokurorluğu onun bank hesablarına və əmlakına həbs qoyub.
Xatırladaq ki, ötən ilin sentyabrından Özbəkistan xüsusi xidmət orqanları prezidentin qızının şirkətlərini bağlayıb, adamlarını həbs edib, özünü isə faktiki ev dustağı edib. G.Kərimova isə ona qarşı təqiblərə Twitter vasitəsilə atasının hakimiyyəti, anası və kiçik bacısı Lola, onun əri barədə ifşaedici məlumatlar yaymaqla cavab verirdi.
Lakin bu ilin yanvarından G.Kərimova ilə atası arasında «müharibə» nisbətən səngimişdi. G.Kərimova yazmışdı ki, atası ilə barışıb və yeni incəsənət layihələri üzərində işləyir.