Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
12:17 | 13 avqust 2018 | Bazar ertəsi
Məqaləyə 2239 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Qazaxıstan prezidenti Nursultan Nazarbayev ötən gün Aktauda keçirilən Xəzər sammitinin ardınca rusiyalı həmkarı Vladimir Putinlə ayrıca görüşü zamanı Ermənistanda cinayət məsuliyyətinə cəlb edilən KTMT baş katibi Yuri Xaçaturovun məsələsini müzakirə etməyi təklif edib.
General Xaçaturov 2008-ci ilin 1 mart hadisələrinə görə cinayət məsuliyyətinə cəlb olunub, o dövlət çevrilişi cəhdində ittiham olunur. Xaçaturovun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilsə də daha sonra Rusiyanın sərt xəbərdarlığından sonra Ermənistan hakimiyyəti onun ölkədən çıxmasına və Moskvaya qayıtmasına icazə verib.
Virtualaz.org xəbər verir ki, Xaçaturovun məsələsini müzakirə etməyi birinci Nazarbayev təklif edib. O bildirib ki, ikitərəfli əməkdaşlığa aid olan və müzakirə edilməli məsələlərdən biri də KTMT-nin baş katibinin məsələsidir. “Hansı ki, indi problemə çevrilib”, - Nazarbayev deyib.
Vladimir Putin cavabında deyib: “KTMT, Avrasiya İqtisadi Birliyi çərçivəsində daha geniş münasibətlərimizə gəldikdə burada çox böyük proqram, böyük gündəm var. Problem xarakterli məsələlər də var və onlardan birinə Siz indi KTMT ilə bağlı toxundunuz”.
Putinin bu sitatına Kremlin rəsmi saytı yer verir. Lakin Qazaxıstan prezidentinin rəsmi saytında KTMT baş katibi barədə söhbətə toxunulmur.
Bundan əvvəl avqustun 7-də Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə telefon danışığı aparıb və rəsmi məlumata görə tərəflər KTMT-nin fəaliyyəti ilə bağlı məsələləri müzakirə ediblər. Məlumatlara görə Ermənistan Xaçaturovun KTMT baş katibi postundan geri çağırılması üçün məsləhətləşmələr aparır.