Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
19:12 | 8 oktyabr 2018 | Bazar ertəsi
Məqaləyə 2677 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Rusiya Federasiyasının Şimali Qafqazdakı 2 subyekti olan Çeçenistan və İnquşetiya rəhbərliyi uzun müddətdir iki dövlət arasında narazılığa səbəb olan sərhəd məsələsini həll etdilər. Bir neçə gün bundan öncə Çeçenistan prezidenti Ramzan Kadırov və İnquşetiya rəhbəri Yunusbek Yevkurov arasında uzun müddətdir müzakirə edilən və mübahisə yaradan sərhəd məsələsində razılıq haqqında müqaviləyə qol çəkdilər. Həmin sənədə əsasən tərəflər mübahisəli bir neçə rayonu bir-birinə qaytarmalıdırlar. İnquşetiyanın Çeçenistana daha çox torpaq verməsi inquşlarda böyük narazılığa səbəb olub. Onlar maddələrin məlum olduğu gündən bəri müqaviləyə etiraz edirdilər. Sənəd İnquşetiya parlamentində təsdiq edildikdən sonra 10 minə yaxın insan parlamentin binası qarşısına toplaşaraq bu müqavilənin ləğvini tələb ediblər. İlk öncə Milli Qvardiya əsgərlərinin müşayiəti altında bir neçə deputat etirazçıların qarşısına çıxmağa cəhd edib. Etirazçılarıdan bəzisinin silahla atəş açmasından sonra əsgərlər hakimiyyət nümayəndələrini binaya aparıblar.
Bu müqavilə heç şübhəsiz ki, Kremlin razılığı olmadan imzalanmazdı. Bəs Putin Administrasiyası niyə görə mübahisəni çeçenlərin xeyrinə həll etdi?
Burda bir neçə amil var. İlk növbədə Çeçenistan rəhbəri Ramzan Kadırovun faktoru. Belə ki, Kadırov çeçenlərin arasında nüfuzunu daha da gücləndirmək və hakimiyyətdən getdikdən sonra da təsir gücünü saxlamaq isdəyir. Buna görədə adını tarixə salacaq mühüm bir işə imza atmalıydı. Rusiya prezidenti qarşısında xüsusi xidmətlərinə görə Putin də onu mükafatsız qoymadı.
İkinci bir məsələ Moskvanın narazı çeçenləri razı salmaq üçün bu işi həyata keçirməsidir. Aydın məsələdir ki, müharibə bitsə də, Rusiyadan narazı olan insanlar Çeçenistanda çoxluq təşkil edir. Bu insanlar əsasən yeniyetmə gənclərdən ibarətdir. Kreml onların problemə çevrilməsini arzulamır. Bu müqavilə ilə millətçi çeçen gənclərinin istəyi yerinə yetirildi. Onların “dədə-baba torpağımız” dediyi yerlər yenidən onlara qaytarıldı.
Üçüncü bir məsələ isə Moskvanın bölgə xalqları arasında ənənəvi ədavəti alovlandırmasıdır. Kreml düşünür ki, imperiyaların “parçala və hökmranlıq et” siyasəti nəticəsində bölgə daha yaxşı idarə ediləcək. Amma bu məsələ həll olunmasa və böyük problemə çevrilsə onun Rusiya və Qafqaz regionu üçün nəticələri çox ağır ola bilər.
Xarici dəstək sayəsində dini amillər də narazılığı gücləndirsə, münaqişə idarəolunmaz hal alaraq xaosa çevrilə bilər. Gələcəkdə baş verə biləcək böyük bir silahlı qarşıdurmanın əsası qoyula bilər. Sosial vəziyyəti burda elədə ürəkaçan inquşların Moskvaya qarşı bir incikliyi arta bilər. Bu da xalqı qıcıqlandıra bilər. Ümumilikdə, Şimali Qafqaz regionunda dövlət hakimiyyətinin zəifləməsi, bilavasitə Putinin nüfuzunun azalması Kremlin arzulamadığı bir haldır. Sonda bildirək ki, müqavilə artıq təsdiq edilib və inquşlar bundan narazıdır. Bu artıq bir faktdır. Ancaq Putin hakimiyyətinin bu narazılığı necə həll edəcəyindən və bunda hansı siyasəti güdüyündən isə Kremlin divarlarından çölündə olanlardan heç kəsin xəbəri yoxdur.