Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
20:53 | 25 fevral 2014 | Çərşənbə axşamı
Məqaləyə 1942 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
«Budapeşt Memorandumuna əsasən Rusiyanın, Böyük Britaniyanın, ABŞ-ın Ukraynanın müsətqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə sayğı ilə yanaşmaq öhdəliyi var. Bu ölkələr Ukraynanın ərazi bütövlüyü haqqında öhdəliklərini unutmamalıdırlar». Bu sözləri Ukrayna Ali Radasının «Batkivşina» fraksiyasının rəhbəri Arseniy Yatsenyuk deyib.
A.Yatsenyuk parlamentdəki çıxışında bildirib ki, Ukrayna hər hansı separatizm meyllərinə və təzyiqlərə dözümlü yanaşmayacaq.
Yanukoviçi devirən müxaliflər indi müvəqqəti hökumətin formalaşdırılması ilə məşğuldur. Ancaq bir sıra müxalifət liderləri hələlik konkret vəzifəyə təyin olunmağa tələsmir. «Azadlıq» Partiyasının sədri yerli media təmsilçiləri ilə söhbətində deyib ki, hələlik heç bir posta iddialı deyil.
«UDAR» Partiyasının sədri Vitali Kliçko da müvəqqəti hökumətdə yer almayacaq. Öncədən gözlənildiyi kimi Kliçko prezidentliyə iddialıdır.
«İnter» televiziyasına müsahibəsində Kliçko bildirib ki, hökumət texnokratlardan formalaşmalıdır: «Elə hökumət formalaşdırılmalıdır ki, o, effektiv işləsin. Bu çox çətin bir məsələdir. Biz durmadan çalışmalıyıq. Bu gün Ukrayna büdcəsi çox ağır durumdadır, zaman itirsək, iflas qaçılmazdır».
Kliçko deyib ki, hökumətin yeni tərkibində köhnə hökumətin təmsilçiləri olmamalıdır: «Yeni hökumətin üzərinə çox ağır yük düşür. Ukraynanın həm təbii qaza, həm də beynəlxalq kreditorlara ciddi borcları var. Onları ödəmək üçün bacarıqlı hökumət formalaşdırılmalıdır».
Vitali Kliçko deyib ki, hüquq-mühafizə orqanlarını rəhbərləri ilə ölkədə sabitliyin qorunması məsələsi haqqında müzakirələr aparıb və tövsiyələrini verib: «Xalqa qarşı suç işləməyən heç kim cəzalanmamalıdır. Əsas vəzifələrimizdən biri də qarşıdurma yaratmaq meyllərinin qarşısını almaqdıq. Bu gün Ukraynanı daxildən parçalamaq istəyən qüvvələr var. İnanıram ki, onların cəhdləri boşa çıxacaq».