

Milli Məclisin ən yaşlı deputatlarından olan Regional məsələlər komitəsinin sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov növbədənkənar parlament seçkilərində namizəd olacağını istisna etməyib.
F.Heydərov Etikxeber.az-in növbədənkənar parlament seçkilərində yenidən iştirak edib-etməyəcəyi barədə sualına cavab verərəkən “hələ yorulmamışıq” deyib. Bununla yanaşı F.Heydərov bu məsələdə tələsməyə luzum görməyib: “Tələsik fikir söyləməyə də ehtiyac yoxdur”.
Qeyd edək ki, F. Heydərov 1995-ci ildən bu yana - 5 çağırışdır Milli Məclisdə təmsil olunur. O, parlamentdə Qəbələ rayonunu təmsil edir.
1938-ci il təvəllüdlü F.Heydərovun 81 yaşı var. O, Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun atasıdır.