Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
09:36 | 3 mart 2014 | Bazar ertəsi
Məqaləyə 1971 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Rusiyanın baş naziri Dmitri Medvedyev Ukraynadakı hadisələrə münasibət bildirib.
ANS PRESS-in xəbərinə görə, Rusiyanın baş naziri Dmitri Medvedyev rəsmi «Facebook» hesabından Ukraynada iqtidarın ələ keçirilməsinin qeyri-hüquqi olduğunu və bunun yeni bir inqilaba, qan tökülməsinə səbəb olacağını açıqlayıb.
Ukraynada Prezident vəzifəsindən ayrılmaq məcburiyyətində qalan Viktor Yanukoviçin hələ də qanuni prezident olduğunu müdafiə edən Medvedyev fikrini bu cür bildirib:
«Əgər Yanukoviç günahkardırsa, məhkəməyə çıxardın və mühakimə edin. Bundan savayı hər şey qeyri-hüquqidir. Hakimiyyətin ələ keçirilməsi düzgün deyil. Bu yeni bir inqilabla nəticələnəcək. Yenidən qan töküləcək».
Ukraynadakı proseslərlə əlaqədar «Facebook»dan çox şey yazdığını xatırladan Medvedyev, həmçinin yaxın qonşu olan Ukrayna ilə əlaqələri qarşılıqlı münasibətlər çərçivəsində davam etdirmək istədiklərini, lakin bunu Maydanda qardaşının qanını axıdanlarla, Konstitusiyanı və hüququ pozaraq iqtidarı ələ keçirənlərlə etməyəcəklərini vurğulayıb.
Rusiyanın baş naziri Ukraynada ukraynalılardan başqa rusların, tatarların, yəhudilərin və digər xalqların bir-birinə uyğunlaşaraq yaşadığını bildirib.
Sonda isə Medvedyev Rusiyanın güclü, dəyişməz, gələcəyi olan və iqtisadi olaraq zəngin bir Ukraynaya ehtiyacı olduğunu qeyd edib.