Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
12:03 | 3 fevral 2022 | Cümə axşamı
Məqaləyə 641 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Rusiyanın Ukrayna sərhədləri boyu cəmləşdirilmiş qoşun qruplaşmalarında “şübhəli dəyişikliklər” müşahidə olunur. Bu haqda CNN telekanalı “Maxar Technologies” şirkətinin kommersiya peyklərindən əldə edilmiş yeni görüntülər əsasında bildirir.
Belə ki, Belarusun Ukrayna sərhədləri istiqamətində, habelə Krımda və Rusiyanın Ukrayna sərhədləri boyu səhra düşərgələrində dislokasiya olunmuş qoşunlar üçün praktiki olaraq hər yerdə sığınacaqlar yaradılır. Habelə qoşunların ümumi döyüş hazırlığı yüksəldilir. Səhra düşərgələrinin genişləndirildiyi də müşahidə olunur.
Əvvəllər səhra düşərgələrində əlavə personal üçün az sayda çadırlar müşahidə olunurdusa indi bütün dislokasiya yerlərində hərbi çadırlar və sığınacaqlar nəzərə çarpır. “Bu isə o deməkdir ki, bölmələr əlavə qoşun hissələri ilə gücləndirilir və ümumi döyüş hazırlığı yüksəldilir”, - materialda deyilir.
Məsələn, şirkət Krımın Novoozernıy rayonunda cəmləşdirilmiş qoşunların sentyabr ayında və yanvarın sonlarında çəkilmiş görüntülərini müqayisə edib. Sonuncu görüntülərə əsasən qoşunların fəallığı xeyli artıb, yeni çadırlar qurulub. Rusiyanın Ukrayna sərhədlərinə yaxın poliqonlarında isə intensiv artilleriya təlimləri keçirilir.

Qeyd edək ki, bəzi Qərb mənbələri Rusiyanın Ukraynaya hücumunun fevralın 10-u, 20-i aralığında baş verə biləcəyini bildirir. Ukrayna xarici işlər naziri Dmitri Kuleba ötən gün xarici KİV-lər üçün brifinqdə bu xəbərlərə münasibət bildirərkən deyib ki, Kiyevin sərəncamında olan informasiyalar mümkün hərbi müdaxilənin konkret tarixi barədə hətta mülahizə irəli sürməyə belə imkan yaratmır. Onun sözlərinə görə, hücumun başlayacağına dair heç bir mötəbər tarix yoxdur, belə məlumatlar ancaq ekspertlər tərəfindən təxmin kimi irəli sürülür.

Lakin son informasiyalara əsasən Rusiyanın hərbi müdaxiləsi qaçılmaz görünür. Belə ki, bir neçə saat əvvəl Rosqvardiyanın xüsusi bölmələrinin intensiv şəkildə Ukrayna sərhədlərinə tərəf daşındığı müşahidə edilib. Sosial şəbəkələrdə yayılan kadrlara əsasən böyük sayda zirehli transportyorlar, zirehli avtomobillər və hərbi yük avtomobillərinin müşayiəti ilə qvardiyaçılar şose yolu ilə Ukrayna istiqamətində daşınır. Bəzi məlumatlara görə Rosqvardiya bölmələri dəmir yol eşalonları ilə də daşınmaqdadır.
Rosqvardiya bölmələri mümkün hərbi müdaxilə zamanı Rusiya qoşunlarının ələ keçirdiyi yaşayış məntəqələrinə nəzarəti təhvil almaq, habelə qoşunların arxa cəbhə təminatının təhlükəsizliyini təmin etmək, sərhədyanı rayonlarda nəzarəti gücləndirmək üçün istifadə edilə bilərdi. (virtualaz.org)