Hədəyə hədə ilə cavab
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
15:05 | 8 fevral 2022 | Çərşənbə axşamı
Məqaləyə 548 dəfə baxılıb
Şriftin ölçüsü
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Ukraynanın İsveçdən almağa hazırlaşdığı 150 hərbi təyyarənin özəllikləri
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Avropanın mərkəzində müharibə qorxusu
Ukrayna ordusunda çinlilər də döyüşür
Planlaşdırılan Budapeşt görüşü siyasi parçalanma yaratdı
Sergey Lavrov və Zərif arasında qarşıdurma
Ötən gün Fransa Prezidenti Emmanuel Makron Rusiyaya işgüzar səfər edib. Səfər zamanı Makron rusiyalı həmkarı Vladimir Putinlə görüşüb. Tərəflər arasında Ukrayna ətrafındakı vəziyyətlə bağlı Avropada gərginlik, təhlükəsizlik təminatı mövzuları müzakirə olunub.
Liderlər arasında danışıqlar 5 saatdan bir qədər çox davam edib. Prezidentlər daha sonra birgə mətbuat konfransı keçirib, görüşlə bağlı təəssüratlarını bölüşüblər.
Putinlə kritik danışıqlardan sonra Makron bu gün Ukraynaya səfərə yollanır. Bu, Fransa Prezidentinin 1998-ci ildən sonra Ukraynaya ilk rəsmi səfəridir. Jak Şirak 24 il əvvəl Kiyevə səfər edən sonuncu Fransa Prezidenti olub.
Səfər çərçivəsində Fransa və Ukrayna prezidentləri Emmanuel Makron və Volodimir Zelenski arasında görüş keçiriləcək. Sonra prezidentlər mətbuata birgə bəyanatla çıxış edəcəklər. Tərəflərin əsas müzakirə mövzusu Ukrayna ətrafında yaranan gərginlik olacaq.
Bəs Fransa lideri hansı nəticələrlə Ukraynaya gedir, rəsmi Kiyevin gözləntiləri nələrdir?
Ukraynalı tanınmış hərbi ekspert Oleq Starikov Makronun Moskva səfərinin nəticələrini Modern.az-a şərh edib. Onun fikrincə, əslində Fransa Avropa üçün əvvəlcədən yazılmış teatr oyununda daha çox rol tutmaq istəyir.
“Fransa həqiqətən də Avropa teatrındakı döyüşlərin nəyə gətirib çıxaracağını anlayır. Ona görə də özünün fəal iştirakı üçün ortalığa düşüb. Nəticələri öyrənmək üçün Prezident Makron bütün narahatlıqları şəxsən Prezident Putindən eşitmək qərarına gəlib. Ona görə də ilk olaraq Rusiyaya gedib. Söhbət 5 saata yaxın davam edib ki, bu da iki prezident arasında ciddi məsələlərin danışıldığından xəbər verir. Əsas mövzu təhlükəsizlik məsələsi idi. Qərb hesab edir ki, əsas problem Ukraynanın, Rusiya Federasiyasının təhlükəsizliyidir – bütün Avropa əməliyyatlar teatrında təhlükəsizlik və soyuq müharibənin nəticələrinə yenidən baxılmasıdır. İki prezidentin birgə bəyanatı göstərdi ki, bu qlobal problemin həllini anlamaqda çoxlu fikir ayrılıqları var. Görünür, Makron istədiyini Rusiyadan ala bilməyib. Ona görə də Kiyevdə Zelenski ilə Makron arasında danışıqlar prezidentimiz üçün çətin olacaq. Əslində bizə əvvəlcədən bəllidir ki, Fransanın iki ölkə arasında münasibətləri normallaşdırmaq üçün səyləri boş olacaq. Ümid edirik ki, ehtiyatlı olanlar qalib gələcək. Əks halda biz müharibəyə hazırlaşmalıyıq”, – ukraynalı ekspert vurğulayıb. (modern.az)