Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
10:49 | 12 fevral 2022 | Şənbə
Məqaləyə 1028 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Rəsmi Moskva bir neçə gün əvvəl Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emanuel Makronun görüşü zamanı diqqət çəkən uzun masa barəsində açıqlama verib. Rusiya tərəfi görüşdən əvvəl Fransa Prezidentinin Kremlin tətbiq etdiyi COVID-19 testindən keçməkdən imtina etməsi səbəbindən Rusiyalı həmkarı ilə bu formada oturmağa məcbur edildiyini bildirir.
Fransa Prezidenti fevralın 7-də Ukrayna ətrafında yaranmış gərginliyi azaltmaq səyləri çərçivəsində Putinlə Moskvada görüş keçirmişdi. Görüş zamanı liderlərin ətrafında oturduqları masa internetdə böyük diqqət cəlb etmişdi. Bundan əlavə görüşdən 3 gün sonra Putinin yaxın müttəfiqi olan Qazaxıstan Prezidenti Qasım Comərt Tokayevlə kiçik bir masa ətrafında oturması internetdə daha geniş istehza və müzakirələrə səbəb oldu.
Kremlin mətbuat katibi Dmitri Peskov fevralın 11-də jurnalistlərə bildirib ki, böyük masa barədə qərar Fransa liderinin Kremlinin həkimləri tərəfindən aparılan koronavirus testindən imtina etməsindən sonra verilib.
Macarıstanın baş naziri Viktor Orban və İran prezidenti İbrahim Rəisi də daxil olmaqla digər səfər edən rəsmilər də COVID protokollarına əsasən Putindən uzaq məsafədə oturmağa məcbur olub.
“Bəziləri ilə danışıqlar uzun masa arxasında aparılır, məsafə (masanın uzunluğu) təxminən 6 metrdir” deyə Peskov bildirib. O əlavə edib ki, “Bu bəzi qonaqların öz qaydalarına əməl etmələri, ev sahibi ilə əməkdaşlıq etməmələri ilə əlaqədardır”. O həmçinin deyib ki, nəhəng masa qərarı siyasi xarakter daşımır. “Burada heç bir siyasi məsələ yoxdur və bu heç bir şəkildə danışıqlara mane olmur”, deyə Dimitiri Peskov verdiyi açıqlamada bildirib.
Digər tərəfdən Makronun ətrafında olan mənbələr AFP xəbər agentliyinə bildirib ki, o “səyahət zamanı həmişə olduğu kimi bütün qaydalara əməl edib”. Lakin adının çəkilməsini istəməyən bir administrasiya rəsmisi məsələnin “Rusiya tərəfinin tələb etdiyi PCR testinin şərtləri” ilə bağlı olduğunu təsdiqləyib.
Masanın ölçüsü Fransanın “Liberation” jurnalının üz qabığında məsxərəyə qoyulub və internetdə olduqca geniş istehzaya səbəb olub.