Merz ağladı
Almaniya kanslerinin Ukrayna haqda danışarkən səsi titrədi
10:57 | 20 fevral 2022 | Bazar
Məqaləyə 602 dəfə baxılıb
Şriftin ölçüsü
Almaniya kanslerinin Ukrayna haqda danışarkən səsi titrədi
... Əslində Ukraynanın suverenliyinə və Avropanın isə təhlükəsizliyinə strateji təhdiddir
Təəssüf ki, başqa yol görünmür...
Harvard məzunu Dmitriyevin adı seçkilərə müdaxilə hesabatında da keçir
Rusiya və Qərbin “QRU” agenti uğrunda amansız savaşı – ŞOK DETALLAR
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Ukraynanın İsveçdən almağa hazırlaşdığı 150 hərbi təyyarənin özəllikləri
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Rusiyanın Ukraynaya qarşı irimiqyaslı hərbi müdaxilə planı əvvəlcədən hazırlanmış ssenari üzrə işə düşüb və gözlənildiyi kimi, proses Donbasda vəziyyətin süni şəkildə, separatçılar tərəfindən gərginləşdirilməsi ilə başlayıb. Artıq xəbər verildiyi kimi, qondarma “Donetsk və Luqansk xalq respublikaları” Ukraynanın “gözlənilən irimiqyaslı hücumu” barədə xəbərdarlıq edərək əhalinin kütləvi şəkildə Rusiyaya təxliyəsi barədə qərar veriblər. Dərhal Rusiya prezidenti Vladimir Putin “qaçqınlara yardım” barədə tapşırıqlar verib. Hərçənd gələn xəbərlər kütləvi təxliyənin baş vermədiyini, 2 gün ərzində cəmi 7-8 min nəfərin Rusiyaya daşındığını göstərir. Donbass əhalisi kütləvi təxliyədən imtina edir və öz evlərini tərk etmək istəmirlər.
Təmas xəttində isə separatçıların qüvvələri Ukrayna ordusunun mövqelərini artilleriyadan, tanklardan atəşə tutur. Kiyev Ukrayna hərbçilərinin özlərini qorumaq üçün cavab atəşi açmaq məcburiyyətində qaldıqlarını bildirirlər.
Hadisələrin bu cür dramatik şəkildə inkişaf etdiyi bir vaxtda ötən gün fevralın 19-da Almaniyanın Münhen şəhərində ənənəvi beynəlxalq təhlükəsizlik konfransı keçirilib və orada Ukrayna prezidenti Vladimir Zelenski də iştirak edib. Konfransın əsas gündəmi Ukrayna ətrafında yaranmış böhran olub.
Böyük Britaniyanın baş naziri Boris Conson konfransda çıxışı zamanı Rusiya prezidenti Vladimir Putini Ukraynaya hücumdan çəkinməyə çağırıb. Xəbərdarlıq edib ki, Rusiya müharibəyə qərar versə hər şeyi itirəcək. Və bu hərbi təcavüzün nəticələrini bütün dünya hiss edəcək.
Boris Consonun sözlərinə görə, kollektiv Qərb Rusiyaya qarşı çox sərt sanksiyalar tətbiq edəcək, şirkətlər, dövlət təsisatları, fiziki şəxslər bu sanksiyaların təsiri altına düşəcək. Baş nazir deyib ki, bu gün Ukrayna sərhədlərində baş verənlər Rusiyanın Şimali Atlantika Alyansı üçün yaratdığı təhdidlərin nəticəsidir. Ona görə də müttəfiqlər uzun çəkən böhrana və Rusiyanın destruktiv hərəkətlərinə hazır olmalıdır.