Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
15:56 | 20 fevral 2022 | Bazar
Məqaləyə 784 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Böyük Britaniya Xarici İşlər Nazirliyi Rusiyanın Ukrayna ətrafında yaydığı dezinformasiyalara qarşı mübarizə aparmaq üçün xüsusi bölmə yaradacaq.
Bunu “Dailymail”ə müsahibəsində Böyük Britaniyanın xarici işlər naziri Liz Trass (Liz Truss) deyib. Onun sözlərinə görə, Ukrayna ilə bağlı yalan xəbərlərin sayı son bir həftə ərzində bir neçə dəfə artıb.
Xarici işlər naziri qeyd edib ki, Böyük Britaniya yalan iddiaların ifşası üçün çox işlər görüb.
Nümunə kimi, Trass Rusiyanın guya Kiyevdə nəzarət altında olan hökumət qurmağa cəhd etməsi ilə bağlı məlumatları göstərib. Həmin vaxt Rusiya Xarici İşlər Nazirliyi Britaniya tərəfinin mesajını dezinformasiya, Rusiyanın Londondakı səfirliyi isə lətifə xarakterli məlumat adlandırıb.
Truss həmçinin deyib ki, Ukrayna ətrafında baş verənlər Rusiya prezidenti Vladimir Putinin hakimiyyətinə son qoya bilər.
Böyük Britaniyanın baş naziri Boris Conson da BBC-yə müsahibəsində deyib ki, Rusiyanın Ukraynaya ehtimal edilən hücumu halında bu Avropada İkinci Dünya Müharibəsindən bəri ən böyük münaqişə ola bilər. Donbassda vəziyyətin gərginləşməsinə diqqət çəkən Conson ehtimal edir ki, bu hərbi əməliyyatların başlaması üçün ilkin şərt ola bilər.