Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
10:02 | 24 fevral 2022 | Cümə axşamı
Məqaləyə 1118 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Britaniyanın müdafiə naziri Ben Uolles Ukrayna ətrafında baş verənlər haqqında danışarkən Putinin “ağlının azdığını” deyib. Nazir bu sözləri yarı-ispanca “gone full tonto” slenqi ilə ifadə edib. İfadə “ağılsızlıq” və “ipləməlik” mənalarını verir.
Uolles Londonun mərkəzindəki Süvari qvardiyasının binasında əsgərlər qarşısında çıxış edərkən habelə Rusiya prezidenti Vladimir Putinin fəaliyyətini 1853-1856-cı illər Krım müharibəsində çar I Nikolayın hərəkətləri ilə müqayisə edib.
Vladimir Putin Ukraynanın iki separatçı bölgəsinin tanınması barədə bəyanatından əvvəl bir saatadək müddətdə tarixdən və tarixi hadisələrdən danışmışdı.
Belə görünür ki, keçmiş hərbçi Uolles bəlkə də buna görə öz çıxışında tarixi keçmişə nəzər salıb.
Uolles də tarix dərsi deyir
Sözü gedən Krım müharibəsində Rusiya imperiyası Britaniya, Fransa, Osmanlı və Sardiniya krallıqlarına qarşı döyüşürdü. Nazir deyib: “Biz həmin müharibədə onların dərsini verdik, lazım olsa, bunu bir də edərik”.
Rusiya Krım müharibəsinə iki səbəbə görə girmişdi. Bunlardan biri o vaxt Türkiyənin nəzarətində olan Qara dəniz boğazlarını ələ keçirmək, digəri isə Osmanlı imperiyasındakı slavyanları guya himayə etmək idi.
Lakin Fransa və Britaniya, habelə bəzi başqa dövlətlər Türkiyə ilə koalisiyaya girəndən sonra Rusiya bu müharibədə uduzdu. O ərazisinin bir hissəsini (o cümlədən Qarsı) Osmanlı imperiyasına verməyə məcbur oldu.
Qara dəniz isə istər Rusiya, istərsə də Türkiyə gəmiləri üçün bağlı idi.
Ben Uollesin sözlərinə görə Rusiyanın tarixən əvvəlki təcrübələri nəzərə alınarsa, o hətta Rusiya qoşunlarının ardınca səyyar krematoriyanın göndərilə biləcəyini istisna etmir.
Britaniya naziri iddia edib ki, Ukrayna ilə müharibədə mümkün itkilərini ört-basdır etmək üçün Moskva belə bir üsula əl ata bilər.
Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov Ben Uollesin bu çıxışına cavab olaraq Britaniya əsgərlərinə təkcə Rusiyanın coğrafiyasını deyil, həm də tarixini öyrənməyi tövsiyə edib:
“Bunu etsinlər ki, kəmsavad siyasətçiləri naminə bizim ümumi hərb tariximizi öz canları hesabına zənginləşdirməsinlər”.