Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
15:39 | 17 mart 2022 | Cümə axşamı
Məqaləyə 1076 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Rusiyanın Bosniya-Herseqovinadakı səfiri deyib ki, bu ölkə NATO-ya qoşulsa, onu da Ukraynada olduğu kimi qəddar təcavüz gözləyə bilər.
“The Independent” yazır ki, martın 17-də televiziyaya müsahibə verən səfir İqor Kalbuxov deyib ki, hansısa bloka qoşulmaq ölkələrin öz suveren işidir. Amma o əlavə edib ki, bu halda Rusiya “reaksiya” verəcək.
Kalbuxov yerli FTV telekanalına deyib: “Əgər Bosniya-Herseqovina hər hansı alyansın üzvü olmaq istəsə, bu onun daxili işidir. Bizim buna necə reaksiya verəcəyimiz isə bir başqa məsələdir. Ukraynanın nümunəsi bu halda nəyin gözləndiyini göstərir. Əgər bizə hər hansı hədə olsa, biz cavab verəcəyik”.
Səfir daha sonra Qərb ölkələrini Bosniya ilə bağlı vəziyyəti gərginləşdirməkdə ittiham edib.
Amma Kalbuxov bunu da deyib ki, Kremlin qonşu Ukraynaya hücum etmək niyyəti yoxdur.
Rusiyanın ali rəhbərliyi Ukraynada davam edən tammiqyaslı müharibəyə baxmayaraq hələ də bu suveren ölkəyə hücum etdiyini danır.
ABŞ-ın Sarayevodakı səfirliyi Rusiya səfirinin bəyanatını qətiyyətlə pisləyib. Səfirliyin paylaşdığı tvitdə deyilir: “Rusiya səfirinin Bosniya-Herseqovinaya son təhdidləri təhlükəli, məsuliyyətsiz və qeyri-məqbuldur. Suveren ölkələrlə NATO arasındakı münasibətlərdə üçüncü bir tərəfə yer yoxdur. Biz Bosniya-Herseqovinanın Avroatlantika icmasında öz yerini tutmağa çalışdığı bir vaxtda qəti şəkildə bu ölkənin yanında olacağıq”.
“The Independent” yazır ki, Rusiya Bosniyaya müdaxilə etmək üçün NATO üzvü olan Polşa, Çexiya, Slovakiya, Macarıstan, Sloveniya və Xorvatiyanın ərazilərindən keçməli olardı.