Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
10:50 | 19 mart 2022 | Şənbə
Məqaləyə 693 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Moskvadakı “Lujniki” stadionunda Krımın və Sevastopolun ilhaqının 8-ci ildönümünə həsr olunmuş konsert-mitinq keçirilib. Rusiya rəhbərliyi bu ilhaqı Rusiya torpaqlarının “doğma sahilə qayıdışı” adlandırır. Dünyanın əksər ölkələri Krımın ilhaqını qanunsuz sayır və yarımadanı Ukrayanın tərkib hissəsi hesab edirlər.
Mitinqdə Krımın Ukraynadan qopardılmasını özünün Rusiya qarşısında ən böyük xidmətlərindən biri hesab edən Vladimir Putin də çıxış edib. Amma onun çıxışının translyasiyası, belə görünür sonuncu cümləsində qırılıb. Putinin cümləsi efirdə yarımçıq səslənib.
Bu mitinqdə çıxış edənlər Rusiyanın Ukraynada apardığı müharibədən danışır, amma bu zaman “müharibə” sözünü işlətmirdilər. Hakimiyyət Ukraynaya hərbi müdaxiləni “xüsusi əməliyyat” adlandırır.
Rusiya mediasına habelə Ukrayna müharibəsi ilə bağlı “müdaxilə” sözünü də işlətmək qadağan edilib.
Çıxış edənlər iddia edirdilər ki, Rusiya hərbçiləri guya Ukraynada “nasizmə” qarşı mübarizə aparırlar.
Çıxış edənlərin arasında Rusiyanın müstəqilliyini tanıdığı qondarma DXR-dən hərbi komandir Vladimir Joqanın atası da olub.
Ləqəbi “Voxa” olan Joqa Ukrayna müharibəsində, Volnovaxa uğrunda döyüşdə həlak olub və ölümündən sonra ona “Rusiya qəhrəmanı” adı verilib.
Aktyor Dmitri Pevtsov deyib ki, o ukraynaların, belarusların və rusların tezliklə bir çoxmillətli xalq olacağına inanır.
Başqa bir aktyor – Vladimir Maşkov Fyodor Tyutçevin Qərbi tənqid edən şeirini oxuyub.
Oleq Qazmanov “Zabitlər” mahnısını və bir də mətnində “Ukrayna və Krım, Belarus və Moldova – mənim vətənimdir” sözləri olan mahnını oxuyub.
Mitinqdə Moskva meri Sergey Sobyanin və RT-nin rəhbəri Marqarita Simonyan çıxış ediblər.
Simonyan çıxışında “ana Rusiyadan Mariupolu bombardman edənlərə qənim olmasını” istəyib. Həqiqətdə Mariupolu Rusiya hərbçiləri bombardman edirlər.
Daha sonra Vladimir Putin çıxış edib. O iddia edib ki, üzdəniraq “xüsusi əməliyyatın” motivi guya Ukraynada Donbasın rusiyayönlü sakinlərinin soyqırım edilməsi olub.
Putin İncildən sitat gətirib, əsgərlərin qəhrəmanlığından danışıb və bu zaman “müharibə” mənasına gələn “döyüşürlər” sözünü işlədib.
Putinin çıxışının lap sonunda “Rossiya 24” telekanalında efir qəflətən kəsilib.
Putin: “İş elə gətirib ki, xüsusi əməliyyat bizim ən böyük hərbi qələbələrimizdən birinin doğum..”
Belə görünür ki, Putinin cümləsinin “gününə təsadüf edib” hissəsi efirə getməyib.
Efir bərpa olunanda artıq Oleq Qazmanov növbəti mahnısını oxuyurdu.
20 dəqiqədən sonra Putinin çıxışını yenidən nümayiş etdiriblər.
Kremlin sözçüsü Dmitri Peskov efirin texniki səbəblərdən kəsildiyini deyib.
Bəzi müşahidəçilər bildirirlər ki, hətta Lujniki stadionunda da Putin səhnədə tək idi və başqaları ilə onun arasındakı məsafə 20 metrdən çox idi.
Bu da xəbər verilir ki, bu mitinq-konsertə büdcə təşkilatlarından çox sayda işçi məcburi gətirilib və onların bir hissəsi mitinq hələ başlanmazdan əvvəl evlərinə tələsiblər.