Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
19:42 | 23 mart 2022 | Çərşənbə
Məqaləyə 1086 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Böyük Britaniyanın dənizboyu əraziləri üzrə naziri (Minister for Overseas Territories) Amanda Millinq rusiyalı oliqarxların sanksiyalardan yayınmaq üçün öz milyardlarını ofşor zonalarında açılan məxfi hesablarda gizlətməsinin qarşısını almaq üçün Virgin adalarına uçub. virtualaz.org “The Guardian” qəzetinə istinadən xəbər verir ki, Böyük Britaniyanın vergi cənnətləri rusiyalı oliqarxlar üçün sanksiyalardan yayınmaq imkanı yarada bilər və artıq onlardan bəzilərinin öz aktivlərini ofşor zonalara köçürdüyü haqda xəbərlər var.
Nazir bu cür xəbərlər fonunda təcili müzakirələr aparmaq üçün Virgin adalarına yollanıb və bildirilir ki, Amanda Millinq yerli hakimiyyətlə Böyük Britaniyanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların bu ofşor zonasında tətbiq edilməsinin yollarını müzakirə edəcək.
Britaniyanın adalarında da bu sanksiyalar qanuni qüvvəyə malikdir və hüquq-mühafizə orqanları ofşor zonada qeydiyyatdan keçmiş şirkətlərin benefisiarlarının reyestrinə birbaşa çıxışa malik olmalıdır.
Bildirilir ki, Britaniya hökuməti bu addımı “The Guardian” qəzetinin Rusiya oliqarxlarının və məmurlarının ofşorlarda gizlədilmiş sərvətləri barədə seriya məqalələrinin ardınca atıb. Nazirin dörd günlük səfərinin ardınca Böyük Britaniya hökuməti yaxın həftələrdə adalar hökumətlərində korrupsiya araşdırmalarına dair hesabatı dərc etməlidir. Gözlənilir ki, bu hesabatda Virgin adaları hökumətinin rəhbəri Endryu Fahi barədə tənqidi faktlar yer alacaq.
Nazir Millinq baş nazir Fahi və Bitaniya Virgin adalarının maliyyə xidmətləri sənayesinin nümayəndələri ilə görüşərək onlara Böyük Britaniya hökumətinin tətbiq etdiyi sanksiyalara əməl edilməsinin vacibliyini çatdırıb. Ada hökumətində vəd ediblər ki, sanksiyalara uyğun olaraq oliqarxların Virgin adalarında yerləşdirdikləri aktivlərə də həbs qoyulacaq.
Bildirilir ki, rusiyalı oliqarx Aleksey Mordaşov Böyük Britaniyanın sanksiyaları altına düşdüyü gün 1,3 milyard dolları Virgin adalarındakı ofşor hesabına köçürüb. Habelə “The Guardian” digər nəşrlərlə birlikdə müəyyən edib ki, “Arsenal”ın səhmdarı Əlişir Usmanovun Surrey qəsri və Londondakı mülkləri Virgin adalarında qeydiyyatdan keçmiş investisiya fondlarının mülkiyyətinə keçirilib.
Lakin indi Vircin adalarının və digər offşor zonaların administrasiyaları Böyük Britaniyanın hüquq-mühafizə orqanlarına aktivlərin reyestrlərini açır. Nazir Millinq səfər zamanı ada hökumətinə tapşırıb ki, aktivlərin benefisiarlarının bütün reyestrini ictimaiyyətə açsın. Hansı ki, benefisiarların ofşorlarda gizlədilməsi indiyədək korrupsioner məmurlar və oliqarxlar üçün ən güclü silah idi. Böyük Britaniya hökuməti israr edir ki, belə publik reyestr 2023-cü ilin sonlarına qədər hazır olmalıdır. Amma bəzi ofşor zonaların administrasiyaları hələlik bu tələbə müqavimət göstərir.