Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
12:35 | 25 mart 2022 | Cümə
Məqaləyə 672 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Rusiya Ukraynaya hava zərbələrində 30-dan çox hava bazasından istifadə edə bilər. Peyk təsvirləri bu bazaların bəzilərinin Belarus və Krımda yerləşdiyini göstərir. Jurnalist Kirilo Ovsyani bu haqda yazır.
Rusiya fevralın 24-də Ukraynanın irimiqyaslı işğalına başlayandan bu ölkədə mülki və hərbi infrastrukturu raketlər, bombalarla dağıdır, əsas ərazilərə desant çıxarır.
İşğalçının günə 200-dək uçuş həyata keçirdiyi bildirilir ki, Ukrayna ilə müqayisədə bu qat-qat çoxdur. Hərbi təyyarələrin buraxdığı raket və bombalar şəhərləri dağıdır, yüzlərlə, bəlkə də minlərlə dinc sakinin həyatına son qoyur.
***
“Rusiya Ukrayna səmasını minlərlə insan üçün ölüm mənbəyinə çevirib”, – Prezident Vladimir Zelenski martın 16-da deyir, Birləşmiş Ştatları ölkəni hava hücumlarından qorunmasına kömək göstərməyə çağırırdı.
ABŞ isə Ukrayna üzərində qeyri-uçuş zonasını dəstəkləməyə hazır olmadığını deyir, bunun NATO qüvvələrini Rusiya ilə mümkün münaqişəyə gətirəcəyini, müharibəni “tamamilə yeni səviyyəyə” çıxaracağını vurğulayır.
Rusiyanın Ukraynaya hücum edən hərbi təyyarələri və helikopterləri 40-dək hava bazasından qalxır. Bu təhlili Media nümayəndələri “Sxemlər” (Sxemı) layihəsi aparıb. Araşdırma zamanı ABŞ-da yerləşən “Maxar Technologies” özəl şirkətinin peyk təsvirlərindən istifadə olunub.
***
Ukrayna bildirir ki, Rusiyanın Qara dəniz üzərində uçan qırıcıları Lvov regionunu qərbdən vurublar. Rusiya Ukraynanın bombalanmasında Krım yarımadasında yerləşən hava bazalarından fəal istifadə edir. Bunu Kiyevdə yerləşən Hərbi Hüquqi Araşdırmalar Mərkəzinin başçısı Aleksandr Musiyenko deyir.
Rusiya Krımı 2014-cü ildə ilhaq edib, Ukraynanın şərqindəki separatçıları dəstəkləməyə başlayıb.
Musiyenko deyir ki, Kh-101 qanadlı raketləri ilə silahlanmış Tupolev bombardmançılarının Krımda yerləşdiyi güman edilir. Rusiya Lvov, Vinnitsiya, İvano-Frankovsk regionlarını Kh-101 qanadlı raketləri ilə bombalayıb.
***
Peyk təsvirləri Rusiyanın yaxın müttəfiqi Belarusda da 9-dək hava bazasından istifadə etdiyini göstərir. İşğal başlayandan bəri Ukraynanın şimal qonşusunun hava bazalarında hərbi helikopter və təyyarələrin sayı artıb.
Ukrayna ordusu Belarusdan qalxan “Suxoy” qırıcılarının bombalama reydlərini müşahidə etdiyini bildirir.
Belaruslular “Telegram”da hərbi fəaliyyət, qırıcıların hərəkətinə dair informasiya yerləşdirirlər, Ukrayna rəsmiləri belə deyirlər.
Onların sözlərinə görə, müharibə başlayandan Rusiya onlarla təyyarəsini itirib, təcrübəli pilotları da azala bilər. Ukrayna Rusiyanın azı iki pilotunu ələ keçirdiyini bildirir.
Ukrayna Rusiyanın hava əməliyyatlarını önləmək üçün Qərbdən təyyarə əleyhinə daha çox silahlar istəyir.
Birləşmiş Ştatlar Kiyevə qırıcıları, helikopterləri vurmaq üçün çiyində gəzdirilən silahlar verib. Polşa və Slovakiya isə MiG-29 qırıcıları göndərməyi nəzərdən keçirir.