Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
13:36 | 25 mart 2022 | Cümə
Məqaləyə 900 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Rusiyanın keçmiş prezidenti və keçmiş baş naziri, hazırda ölkəsinin Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Qərb öz məhdudiyyətləri ilə rusiyalıları hakimiyyətə qarşı qoymağa çalışır. Ancaq Medvedin fikrincə, Qərbin bu siyasəti əks effekt verir və guya Rusiya cəmiyyətində prezident Vladimir Putin ətrafında konsolidasiya gedir. Medvedev sosioloji araşdırmaların nəticələrinə istinad edərək bildirib ki, Rusiya vətəndaşlarının böyük əksəriyyəti - əhalinin dörddə üçü - Ukraynada aparılan hərbi əməliyyatı dəstəkləyir. Medvedev müharibənin Vladimir Putinin reytinqini artırdığını vurğulamağı da unutmayıb. Medvedev Rusiya ictimaiyyətinin birləşməsinə misal kimi Krımın Rusiyaya birləşdirilməsinin ildönümü şərəfinə keçirilən konserti göstərib.
... Adolf Hitler İkinci Dünya Müharibəsinə başlayaraq ard-arda dövlətləri işğal edərkən də reytinqi yüksək idi, Medvedevin təbirincə desək, almanların dörddə üçündən də çoxu Hitlerin savaşlarını dəstəkləyir və onlar da işğalçı savaşlara “xüsusi əməliyyat” kimi mənasız ad tapmışdılar. Cəmiyyət üzvlərinin stadionda konsertə toplaşmalarını Putinə dəstək anlamı daşıdığını bildirən Medvedev Hitlerin stadionlarda və konsert salonlarında yüzminlərlə almanı topladığını unudub. Ancaq Hitler müharibədə ilk məğlubiyyətləri ilə üzləşməyə başladıqda almanlar əvvəlcə gizlincə pıçı-pıçı ilə uçuruma yuvarlandıqlarını söyləməyə başladılar, bir az sonra isə ordu içərisində qiyam planı hazırlandı. Bir qrup alman generalın çevriliş cəhdi nəticə vermədi, Hitler yüngül yaralandı və cəmi bir il sonra onun yanmış meyitini dağıdılmış Berlin divarlarının xarabalıqlarında tapdılar. Hitlerə olan “dörddə üçlük” dəstək işə yaramadı.