Qazaxıstan sağ göstərib sol vurdu
Kremlə gözlənilməz zərbə
10:46 | 29 mart 2022 | Çərşənbə axşamı
Məqaləyə 917 dəfə baxılıb
Şriftin ölçüsü
Kremlə gözlənilməz zərbə
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
“Əlamətdar gün xalqlarımız arasındakı davamlı dostluq barədə düşünmək üçün dəyərli fürsətdir”
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
... Yaxud Kreml üçün qorxulu diaqnoz
Simonyanın açıqlamaları diplomatik qalmaqala səbəb oldu
İtaliya–Azərbaycan: enerji və nəqliyyat xətləri üzərində strateji tərəfdaşlıq güclənir
Meloni: “İtaliya–Azərbaycan tərəfdaşlığı enerji və təhlükəsizlik sahəsində gücləndiriləcək”
İtaliyalı senator Simona Petrucci: “İtaliya qlobal risklərə qarşı daha dayanıqlı olmalıdır”
Azərbaycan ətrafında formalaşan iddiaların arxasındakı lobbi kölgəsi
Rusiyada azərbaycanlı barədə məhkəmə qərarı verildi
Mavi yanacaq satdığımız 16 ölkənin 10-u Aİ üzvüdür
Qarabağ bölgəsində Azərbaycan ordusunun strateji əhəmiyyətə malik yüksəklikləri və bununla yanaşı yaşayış məntəqələrini nəzarətə götürməsi bir daha rəsmi Bakının qəti mövqeyini nümayiş etdirdi.
Azərbaycan üçün ərazi bütövlüyünə, suverenliyinə təhdid yaradacaq, Qarabağ bölgəsində separatizmi dəstəkləyəcək hər hansı status, təşəbbüslər, fəaliyyətlər, danışıqlar, yanaşma, mövqe qəbuledilməzdir. Azərbaycanın bu mövqeyi sözdə deyil, əməldə, praktikada ifadə olunur. Azərbaycan bu mövqeyi təmin etmək üçün bütün mümkün vasitələrdən istifadə etməyə qadirdir, bu yanaşmadan irəli gələn hərbi vəzifələrin də yerinə yetirilməsi üçün potensiala malikdir. Bu yanaşmanın həyata keçirilməsi üçün Azərbaycan siyasi rəhbərliyinin və Azərbaycan xalqının, cəmiyyətinin qəti iradəsi var. Fərrux yüksəkliyinin nəzarətə götürülməsi və Azərbaycan Müdafiə Nazirliyinin açıqlamaları məhz bu baxımdan dəyərləndirilməlidir.
Azərbaycan bütün tərəfdaşlara və Ermənistana postmüharibə dövründə danışıqların yeganə məqbul çərçivəsini təqdim edir və bu mövqeyi qorumaq qətiyyətini göstərir. Bu mövqeyin alternativi müharibədir. Regiondakı və dünyada baş verən proseslərin təhlili deməyə əsas verir ki, müharibə variantı regiondakı əsas oyunçular üçün məqbul deyil, Ermənistan müharibə aparmaq imkanında deyil, Azərbaycanın mövqeyi imkan verir ki, mümkün riskləri neytrallaşdırmaq və yaxud yumşaltmaq mümkün olsun. İlk növbədə Türkiyə amilini qeyd etməliyik. Azərbaycana qarşı hərbi təxribat və hücumlar Ankara tərəfindən “qırmızı xəttin” keçilməsi kimi qiymətləndiriləcək və zəruri cavab tədbirləri dərhal görüləcək. İndiki vəziyyətdə Azərbaycanın təhlükəsizliyi elə Türkiyənin təhlükəsizliyi deməkdir. Ölkəmizə qarşı sanksiya ehtimalı da yüksək deyil, ona görə ki, yaranmış vəziyyət Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə dəstəyini zəruri edir.
Eyni zamanda Ukrayna müharibəsindən sonra yeni dünya düzənində coğrafi yerləşməsinə görə Azərbaycanın strateji əhəmiyyəti daha da yüksələcək. Ən başlıcası isə Azərbaycan xalqı və cəmiyyətinin mövqeyidir. Azərbaycan xalqı öz maraqlarını yenidən səngərə girməklə, şəhidlər verməklə, sərvətini fəda etməklə qorumağa hazır olduğunu əməli ilə sübut edib, eyni zamanda hazırda da bu əzmini qorumaqdadır. Azərbaycanın düşmənləri, dostları da bunu yaxşı bilir.