Hədəyə hədə ilə cavab
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
14:41 | 29 mart 2022 | Çərşənbə axşamı
Məqaləyə 573 dəfə baxılıb
Şriftin ölçüsü
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Ukraynanın İsveçdən almağa hazırlaşdığı 150 hərbi təyyarənin özəllikləri
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Avropanın mərkəzində müharibə qorxusu
Ukrayna ordusunda çinlilər də döyüşür
Planlaşdırılan Budapeşt görüşü siyasi parçalanma yaratdı
Sergey Lavrov və Zərif arasında qarşıdurma
Bu gün (martın 29-da) Türkiyədə Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə son qoymaq məqsədi daşıyan yeni sülh danışıqları başlayıb. Danışıqlar Ukrayna əsgərlərinin Ukrayna döyüşçülərinin şiddətli müqaviməti ilə üzləşən Rusiyanın quru qüvvələrindən daha çox şəhəri geri aldığı vaxt keçirilir.
İstanbul danışıqlarından öncə Rusiya və Ukraynadan vasitəçilərə müraciət edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan televiziya ilə yayımlanan çıxışında deyib ki, hər iki tərəf konkret razılığa gəlməli və bu faciəni dayandırmalıdır”.
Rusiyanın vasitəçi komandasına bu ayın əvvəlində Kiyevdə görüşdən sonra Ukrayna komandasının azı iki yüksək səviyyəli üzvü ilə birlikdə zəhərlənmə simptomlarından əziyyət çəkən milyarder Roman Abramoviç daxil olub.
Sülh danışıqları ilə bağlı danışan Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bazar ertəsi milli televiziyada deyib ki, “minimum proqrama humanitar məsələlər, maksimum proqrama isə atəşkəslə bağlı razılıq əldə etmək daxil olacaq”.
Bazar günü rusiyalı jurnalistlərə müsahibə verən Ukrayna Prezidenti Vladimir Zelenski deyib ki, sülh razılığına üçüncü tərəfin zəmanətləri daxil olsa və o referendum səsverməsinə qoyulsa, Ukrayna sülh razılığının bir hissəsi olaraq neytral status qəbul etməyə razı olacaq.
Danışıqlar başlamadan bir neçə saat əvvəl Prezident Zelenski təkid edib ki, Qərbin Moskvaya tətbiq etdiyi sanksiyalar Rusiya iqtisadiyyatına nəzərdə tutulan təsiri göstərmək üçün “effektiv və əhəmiyyətli olmalıdır”. “New York Times”ın məlumatına görə, Zelenski deyib ki, əgər Rusiya sanksiyalardan “yan keçə” bilsə, “bu Rusiya rəhbərliyi üçün təhlükəli illüziya yaradır ki, onlar indi etdiklərini davam etdirə bilərlər. Və ukraynalılar bunun bədəlini həyatları ilə ödəyirlər. Minlərlə həyatla”.
Bu arada isə ABŞ-ın yüksək vəzifəli müdafiə rəsmisi müxbirlərə deyib ki, Ukrayna qoşunları Sumi şəhərinin şimal-şərqində yerləşən Trostyanetsk şəhərini geri alıblar. Zelenski isə bazar günü gecə saatlarında etdiyi çıxışında deyib ki, Ukrayna qoşunları Kiyevin yaxınlığındakı İrpini azad ediblər.
Ancaq İstanbulda danışıqlar aparıldığı zaman Rusiyanın hava hücumu liman şəhəri olan Mikolaivdə bir hökumət binasını dağıdıb. Qubernator Vitali Kim deyir ki, bir neçə insan dağıntıların altında ilişib qalıb.
Ukrayna baş nazirinin müavini İrina Vereşçuk “Telegram” sosial mediasında yerləşdirilən video mesajda elan edib ki, ölkəsi Kiyevin dediyinə görə Rusiyanın mümkün “təxribatları” səbəbilə bir günlük fasilədən sonra evakuasiya yolunu açıb və müharibənin dağıtdığı regiondalrdan mülki vətəndaşları təxliyə edib.
Birləşmiş Millətlər Təşkilatı deyir ki, Rusiyanın Ukraynaya hərbi təcavüzü nəticəsində 10 milyon insan evlərindən didərgin düşüb, 3,8 milyon insan isə ölkədən qaçıb.